Ər arvadını, kişi isə kürəkənini bıçaqladı

14:53 14-12-2020 | icon 318 | Hadisə
Ər arvadını, kişi isə kürəkənini bıçaqladı

Ötən gün ərzində daxili işlər orqanlarının paytaxt şöbələri tərəfindən ikisi Bakının Binəqədi rayonunda olmaqla üç nəfərin ağır xəsarət alması ilə nəticələnən hadisələr qeydə alınıb.

 

Versus.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

 

Dərnəgül qəsəbəsində 13 dekabr, saat 21:00 radələrində 1985-ci il təvəllüdlü yerli sakin Vüsal Kazımov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Aygün Ruhullayevaya dərinə nüfuz edən bıçaq xəsarəti yetirib. Nəticədə ağır vəziyyətdə olan qadın 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, əri isə Binəqədi rayon 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

 

Biləcəri qəsəbəsində dekabrın 14-nə keçən gecə Oğuz rayon sakini 1980-ci il təvəllüdlü Ceyhun Hüseynov ağır yaralanıb. Zərərçəkən qarın və bud nahiyəsindən iki dəfə nüfuz edən bıçaq yarası alıb və bu səbəbdən o, 3 saylı şəhər klinik xəstəxanasına aparılıb. Hazırda əməliyyatçılar cinayətkarın şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində işləyir.

 

Sabunçu rayonunda 13 dekabr eyni adlı qəsəbə sakini, 1972-ci il təvəllüdlü Salik Abuzərov ailə münaqişəsi zamanı kürəkəni, 1995-ci il təvəllüdlü Göyçay rayon sakini Mövsun Qəhrəmanovu qarınından ağır yaralayıb. 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S. Abuzərov tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…