Bu partiyalar ofis sahələri ilə təmin olunub - FOTO

15:14 16-12-2020 | icon 245 | Cəmiyyət
Bu partiyalar ofis sahələri ilə təmin olunub - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı siyasi-hüquqi islahatlar siyasi plüralizmin təşviqini, siyasi partiyalarla sağlam dialoqu ehtiva edir. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti bu dialoqun fəal iştirakçılarıdır. Siyasi münasibətlərdə dialoq mühitinin yaranması isə demokratik ənənələrin formalaşmasına, siyasi partiyalarla sağlam əməkdaşlığa zəmin yaradır. Bu baxımdan, yeni siyasi mədəniyyətin təşəkkül tapması istiqamətində dövlət tərəfindən müvafiq addımlar atılır.

 

İqtisadiyyat nazirliyindən verilən məlumata görə, siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi, onların iş şəraitinin yaxşılaşdırılması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra siyasi partiyalara fəaliyyət göstərmələri üçün dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri təqdim edib. Bununla əlaqədar olaraq, dekabrın 15-də siyasi partiyaların iştirakı ilə tədbir keçirilib.

 

Tədbir çərçivəsində ilkin olaraq 5 siyasi partiyaya ofis sahələrinin açarları təqdim edilib. Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar. 

 

Qeyd edək ki, iş şəraitinin yaxşılaşdırılması məqsədilə yaxın günlərdə digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...