Millimiz bu gün Dünya Kubokunda neçə medal qazana bilər?

12:07 17-12-2020 | icon 261 | İdman
Millimiz bu gün Dünya Kubokunda neçə medal qazana bilər?

Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda bu gün sərbəst güləş üzrə millimiz üç medal qazana bilər.

 

Versus.Az xəbər verir ki, dünən mübarizəyə qatılan dörd dağıstanlı legionerimizdən üçünün bürünc medal qazanmaq şansı var.

 

Bunlar Qitinoməhəmməd Hacıyev (-70 kq), Hacımurad Məhəmmədsəidov (-92 kq) və Camaləddin Məhəmmədovdur (-125 kq). Qitinoməhəmməd və Camaləddin bürünc medal uğrunda təsəlliverici yarışa qatılacaq. Onların rəqibi müvafiq olaraq Qeorqi Bukur (Rumıniya) və Katriel Muriel (Argentina) olacaq.

 

Hacımurad isə bürünc medal uğrunda görüşdə rəqibini gözləyəcək. O, Ərhan Yaylacı (Türkiyə) və Mihay Palacia (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.

 

Sərbəst güləşçilərimizdən yalnız İslam Bazarqanov (-57 kq) mübarizəni dayandırıb. O, Andrey Yatsenkoya (Ukrayna) 2:5 hesabı ilə yenilməklə yarışda medalsız qalıb.

 

Qeyd edək ki, bu gün daha beş sərbəst güləşçimiz mübarizəyə qatılacaq. Onların arasında üçqat dünya və üçqat Avropa çempionu, Olimpiya mükafatçısı Hacı Əliyev də var. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin