Məşhur meyxanaçı taksi sürməyə başladı

14:48 17-12-2020 | icon 455 | Şou-biznes
Məşhur meyxanaçı taksi sürməyə başladı

Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan meyxanaçı Samirə Yusifqızı karantin sərtləşdikdən sonra vəziyyətinin daha da çətinləşdiyini bildirib.

 

Versus.Az xəbər verir ki, söz ustadı pul qazanmaq üçün taksi sürdüyünü deyib:

 

“Vəziyyət yaxşı deyil. Taksi sürürəm, elə bu dəqiqə taksidəyəm, müştəri aparıram. Artıq sürücülük etməyə başladım, vəziyyət belədir. Bundan sonra nə edəcəyimi bilmirəm. Yalnız düşünürəm ki, maşının gündəlik icarə pulunu necə verim, necə benzin töküb şəhərə çıxım ki, axşam evimə 5 manat pul apara bilim. Hələ ki, başqa heç nə fikirləşmirəm”.

 

59 yaşlı sənətçi bir müddət əvvəl satışa çıxardığı evinin hələ də satılmadığını qeyd edib:

 

“Əhmədlidəki evimi satışa qoymuşdum. O da hələ satılmayıb. Heç olmasa o satılsaydı, borclarımın bir qismini ödəyərdim”.

 

Xatırladaq ki, S.Yusifqızı bir müddət əvvəl pulsuzluqdan sosial şəbəkə hesabında kürk, dəri gödəkcələrini satışa çıxarmışdı. /Yenisabah.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...