Hətta Zəngəzur dəhlizi bütünlükdə Moskvanın nəzarətinə verilsə belə...

15:00 27-07-2023 | icon 575 | Siyasət
Hətta Zəngəzur dəhlizi bütünlükdə Moskvanın nəzarətinə verilsə belə...

Sərdar Cəlaloğlu: "Moskva heç vaxt Qarabağ oyunlarından əl çəkməyəcək" 


Regionun geosiyasi mənzərəsi gərgin olaraq qalır. İşğalçı Ermənistan revanşist siyasətindən əl çəkib Azərbaycanın sülh təkliflərinə adekvat cavab vermir, sülh müqaviləsinə imza atmaqdan yayınır. Ermənistan sülhdən qaçdıqca, vasitəçi dövlətlərin, beynəlxalq təşkilatların prosesə müdaxiləsi artır, “danışıq masaları” gah Avropada, ABŞ-da, gah da Rusiyada təkrar-təkrar açılır. Amma bu vasitəçilər hələ də Ermənistanı sülhə məcbur etmək üçün qəti addımlar atmır.

 

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı məsələ ölkə liderlərinin Moskva görüşündə bir daha müzakirə edildi. Görünən odur ki, regionda maraqlı olan güclər, nədənsə işğalçı dövləti kapitulyasiyaya imza atandan sonra “sülh masasında” oturdub ona öhtəliyini icra etdirməyə çətinlik çəkirlər. Ölkənin daxilində də siyasi partiyalarla bağlı palitra ziqzaqlı görünüşü ilə diqqət çəkir. Belə bir mənzərənin fonunda region nəyə şahidlik etməkdədir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu maraqlı nüanslara diqqət çəkib.

 

- Sərdar bəy, Qarabağ bölgəsində hazırki vəziyyət nədir: Ermənistanın Azərbaycanla dövlət sərhədini pozması, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə ermənilərə hərbi təlimlərin keçirilməsi və atəşkəsin pozulması halları sülh danışıqlarına rəğmən proseslərin regionda hansı istiqamətdə inkişaf etdiyini göstərir?

 

- Hadisələr göstərir ki, Rusiya Cənubi Qafqazı nəzarətdə saxlamaq, bir tərəfdən Ermənistandakı hərbi bazanı əldən verməmək üçün əsas hazırlayır, digər bir tərəfdən də daha bir neçə il Qarabağda “sülhməramlı” adı altında qalmaq məqsədi ilə bölgədə gərginlik yaradıb Ermənistan-Azərbaycan münasibətlərini kəskinləşdirmək mövqeyini ortaya qoyur. Rusiyanın regionakı böyük oynunun mahiyyəti Azərbaycanı və Ermənistanı Qarabağ münaqişəsi əsasında eyni vaxtda öz imperial maraqları çərçivəsinə salmaq, hər iki dövləti idarə etmək, onları nəzarətdə saxlamaqdır. Yəni regionda baş verən hadisələrin bir məqsədi var: Rusiya bölgəni əldən vermək istəmir və hər hansı bir başqa qüvvənin də bölgəyə girməsini qəbul etmir. Ona görə də regionda müxtəlif bəhanələrlə, müxtəlif oyunlar qurur, mülkü, hərbi erməniləri öz sosial, hərbi bazası olaraq təlimatlandırır. Regiondakı gərginliyin əsasında dayanan əsas məsələ də budur.

 

- Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi. Danışıqlarda yenə də Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanması məsələsi müzakirə olundu. Necə hesab edirsiz, Rusiyanın hazırda sərgilədiyi mövqe nəyə yönəlikdir, hansı gözləntiəriniz var?

 

- Azərbaycan-Ermənistan dövlət başçıları Brüsseldə Avropa Birliyinin təşəbbüsü ilə bir necə yüksək ranqlı görüşlər keçiriblər. Moskva, Vaşinqton isə xarici işlər nazirliyi səviyyəsində görüşləri təşkil edir. Ona görə də bizim üçün ən önəmlisi Azərbaycan Prezidentinn və Ermənistan baş nazirinin bilavasitə iştirakı ilə olan görüşlərdir. Xarici işər nazirlərinin iştirakı ilə keçiriən görüşlər isə ikinci dərəcəli əhəmiyət kəsb eliyir. Bu cür görüşlərdə münaqişənin taleyi ilə bağlı ciddi qərarların qəbul edilməsi mümkün deyil.

- Əgər Rusiya regiondan çıxmaq istəmirsə, o zaman Zəngəzur dəhlizinin açılmasında hansı halda maraqlı ola bilər?

 

- Əslində Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Sadəcə olaraq Zəngəzur dəhlizi beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyətə malikdir. Rusiya Zəngəzur dəhlizinn əleyhinə çıxmaqla Çin də başda olmaqla bir çox dövlətlərlə üz-üzə gəlmək istəmir. Ona görə də formal olaraq bir tərəfdən Zəngəzur dəhlizinin açılmasında özünü maraqlı göstərir, digər tərəfdən dəhlizin açılmasına ciddi şəkildə əngəl olacaq Qarabağ ətrafında konfiliktin inkişaf etməsinə səy göstərir.

- Rus hərbçilərinin Zəngəzur dəhlizinin təhlükəsziliyini nəzarətə götürməsinin region, eləcə də Rusiya üçün əhəmiyyətində mənfi-müsbət tərəfləri nədir?

 

- Zəngəzur dəhlizinin Rusiya tərəfindən nəzarətə götürülməsi faktiki olaraq bu dəhlizdən istifadə edən bütün dövlətlərlə iqtisadi əlaqələrə nəzarət eləmək, lazım gələndə onlara müdaxilə etmək imkanı yaradır. Nə ABŞ, nə Çin, Türkiyə, nə də Avropa ölkələri Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə keçməsi ilə barışa bilməzlər. Bu əslində dəhlizdən istifadə edən ölkələrin hamısının Rusiyadan asılı vəziyyətə düşməsinə gətirib çıxardar.

 

- Moskvaya bölgədə uzun müddət qala bilmək, həm də regionda marağı olan oyunçular qarşısında əlini gücləndirə biləcək rıçaq lazımdırsa, bu, təhlükəsizliyini rus hərbçilərinin təmin edəcəyi Zəngəzur dəhlizi ola bilər və bununla regional kommunikasiyalarda, o cümldən, Avrasiyanın bu kommunikasiyalara birləşəcək nəqliyyat xətlərində paya sahib olacaq. Bakı və Ankara Moskvanı bu yolla Qarabağdan çıxara bilərmi?

 

- Moskva təkcə Zəngəzur dəhlizini nəzarətə götürməklə kifayətlənmir. O, Azərbaycanı nəzarətdə saxlamaq üçün ərazilərimizdə hərbi qüvvə yerləşdirmək istəyir. Bunun üçün də Qarabağ məsələsindən istifadə edir. Ona görə də bu iki məsələnin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Hətta Zəngəzur dəhlizi bütünlükdə Moskvanın nəzarətinə verilsə belə, yenə də Moskva Qarabağ oyunlarından əl çəkməyəcək.

 

- Prezidentin təcrübəli diplomatlardan ibarət xüsusi tapşırıqlar üzrə müşavirələrinin təyin olunması nəyi ifadə edir, əhəmiyyəti nədir?

 

- Prezidentin xüsusi məsələlər üzrə müşavirinin təyin edilməsi dünya təcrübəsinə uyğundur. Dünyanın əksər dövlətlərində xüsusi məsələlərlə bağlı məsul adamlar, qeyd etdiyiniz kimi xüsusi tapşırıqlar üzrə müşavirlər olur. İndiki halda görünür Prezidentə bəzi ciddi məsələləri həll etmək üçün xüsusi adamların ayrılması vacibdir. Bu adamlar birbaşa Prezidentin özünə tabe olur. Bu həm də görülən işlərin gizliliyini təmin etmək, operativliyi artırmaq üçün çox önəmlidir. Hər halda dünya təcrübəsinə əsaslanan müsbət addımdır.


“… yüzlərlə partiyanın olmasına ehtiyac yoxdur”


- Sərdar bəy, siyasi partiyaların reystri ilə bağlı mövcud durum nədir? Siyasinin öz fəaliyyətini dayandırması hansı gerçəkliyi ortaya qoyur. Siyasi partiyalar hansı mərhələdən keçir?

 

- İndiki dövrdə Azərbaycandakı siyasi partiyalar sistemi özünün böhran dövrünü yaşayır. Bir tərəfdən ölkədə olduqca apolitik kütlə var, siyasi partiyalara maraq demək olar ki, yoxdur. Digər bir tərəfdən qəbul olunmuş qanunlar siyasi fəaliyyəti olduqca məhdudlaşdırır. Bu da siyasi partiya funksionerlərinin siyasi fəaliyyətə marağını azaldır. Eləcə də siyasi basqılar və belə xarakterli məsələlər də onsuz da acınacaqlı vəziyyətdə olan partiya sistemini tamamilə sıradan çıxarmağa aparır. Getdikcə Azərbaycanda formal demokratiya elementləri formalaşmağa başlayr. Düşünürəm ki, indiki halda siyasi partiyaların bu cür sıradan çıxması ölkədə özbaşına fəaliyyətin və yaxud xaosun əmələ gəlməsinə zəmin hazrlayır.

 

- ADP reystrdən keçə biləcəkmi və gözləntilər nədir?

 

- Azərbaycan Demokrat Partiyası Ədliyyə Nazirliyinə göndərdiyi siyahıda üzvlərinin partiyaya qəbul olunması ilə bağlı ərizələr, protokollar, şəxsi işlər, onlara zəmanət verən adamların siyahısını qanunauyğun şəkildə təqdim edib. Ola bilsin ki, bəzi partiya üzvü olan adamlar qorxudan bu prosesdə iştirak etməkdən imtina etsinlər. Amma biz onların partiya üzvü olduqlarını sübut edəcəyik. Faktiki olaraq Ədliyyə Nazirliyinə göndərdiyimiz siyahıda hər hansı bir çatışmazlıq yoxdur. Ancaq hakimiyyət orqanları istənilən “addımı” ata bilər. Ona görə də ADP ilə bağlı hakimiyyətin hansı qərarı verəcəyini indidən proqnozlaşdırmağı mümkün hesab eləmirik.



- Sizcə nəticədə neçə siyasi partiya qala bilər və hansılarının daha çox şansı var?

 

- Azərbaycan reallığı üçün maksimum 5-6 partiyanın fəaliyyətinə əsas var. Həm əhalinin sayını, həm ideoloji yönümləri, həm xalqın siyasi fəallığını nəzırə alaraq bu fikirdəyəm. Xalqın bu qədər siyasi cəhətdən passiv olduğu şəraitdə yüzlərlə partiyanın olmasına heç bir ehtiyac yoxdur. Hətta mövcud olan partiyalar belə klassik mənada fəaliyyət gösətərə bilmir. Ona görə də düşünürəm ki, maksimum iqtidarlı-müxalifətli partiya 10 partiya olsa və doğrudan da bu partiyaların fəaliyyətinə imkan, şərait yaradılsa, Azərbaycanda çoxpartiyalı siyasi sistemə keçid mümkün olar.

 

- İndiki mərhəldə vətəndaş hansı təkliflə referendumun keçirilməsini istəyə bilər?

 

- Seçki ilə bağlı referendum yalnz bir halda keçirilə bilər, o da seçki sisteminin dəyişdirilməsi ilə bağlıdır. Yəni mojaritar seçki sistemindən başqa, proporsional seçki sisteminin keçirilməsi tətbiq edilərsə, bu, müsbət hal ola bilər. İndiki halda isə bu, az ehtimal olunur. Düşünürəm ki, neçə ki, Azərbaycanda proporsional seçki sistemi tətbiq olunmur, siyasi partiyaların mövcudluğu, maraqları getdikcə böhran vəziyyətinə düşəcək. /"həftə içi"qəzeti/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu