Azərbaycan və Türkiyənin Mərkəzi Bankları razılığa gəlib

14:15 18-12-2020 | icon 360 | İqtisadiyyat
Azərbaycan və Türkiyənin Mərkəzi Bankları razılığa gəlib

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkiyə Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Mərkəzi Bankdan verilən məlumata əsasən, memorandumun məqsədi hər iki ölkənin mərkəzi bankçılıq sahəsində əlaqələrinin dərinləşdirilməsindən, məlumat mübadiləsi və əməkdaşlığın gücləndirilməsindən ibarətdir.

 

İmzalanmış Memoranduma əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı və Türkiyə Respublikasının Mərkəzi Bankı arasında mərkəzi bankçılığın müxtəlif istiqamətlərində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də mərkəzi bankçılıq məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.

 

Qeyd edilib ki, imzalanmış bu Memorandum iki qardaş ölkənin bütün istiqamətlərdə olduğu kimi, mərkəzi bankları arasında da əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. Həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin bank sisteminin inkişafına öz töhfəsini verəcək. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı