Şuşaya yol bu ərazilərdən keçəcək

14:27 18-12-2020 | icon 332 | İqtisadiyyat
Şuşaya yol bu ərazilərdən keçəcək

Prezident İlham Əliyev yolun çəkilməsi ilə bağlı göstəriş verib

 

“Şuşaya aparan yol Əhmədbəyli kəndindən başlayaraq Füzuli şəhərinin yanından keçəcək”.

 

Bu barədə İctimai Televiziyanın efirində yayımlanan “Sabaha saxlamayaq” proqramında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş idarə rəisi Hidayət Rüstəmov məlumat verib. 

 

O bildirib ki, Agentliyin qarşısında duran bir nömrəli məsələ ölkəmizin tacı, mədəniyyət mərkəzimiz Şuşaya yeni yolun tikintisi ilə bağlıdır:

 

“Şuşaya gedən yeni yol Əhmədbəyli kəndindən başlayaraq, Füzuli şəhərinin yanından keçəcək. Məşhur Topxana meşələrinin ətəyindən keçən yol Daşaltı kəndinə düşəcək, oradan isə Şuşaya qalxacaq.

 

Yol çox dağlıq-meşəlik ərazilərdən keçəcək, relyef çox çətindir. Amma bu çətinliyə baxmayaraq, körpülər tikilməklə meşə zolağından keçərək, 4-6 zolaqlı birinci dərəcəli yolun tikintisi davam etdiriləcək. Yolun uzunluğu təxminən 100 km-ə yaxın olacaq.

 

Bildiyiniz kimi, zaman az olduğundan layihələndirmə və tikinti işləri, demək olar ki, paralel aparılır. Yolun dəqiq uzunluğu işlərin yekununda bəlli olacaq. Yolun tikintisi ilə bağlı Prezident İlham Əliyev bir il yarım vaxt verib. Bir neçə podratçı şirkətlə çalışmaqla maksimum tez zamanda yolun tikintisini bitirməyi düşünürük”.

 

“Hətta qardaş ölkə Türkiyənin dağ şəraitində çalışa bilən şirkətləri var ki, bu işdə onların təcrübələrindən də faydalanacağıq”, - deyə H.Rüstəmov qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI