Hacı Əliyev Serbiyada xəstəxanaya düşdü

09:00 19-12-2020 | icon 254 | İdman
Hacı Əliyev Serbiyada xəstəxanaya düşdü

Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda sərbəst güləş üzrə Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev ciddi zədə alıb.

 

Versus.Az xəbər verir ki, Fransanı təmsil edən çeçen idmançı Elman Muxtarovla görüşün ortasında Hacının qabırğasındakı zədə ona mane olub.

 

Həkimlərin tibbi müdaxiləsindən sonra idmançımız görüşü sona çatdırıb və 10:4 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

 

Lakin idmançımızı dərhal tibbi yardım maşını ilə xəstəxanaya aparıblar. Bu üzdən Hacı Əliyev mükafatlandırma mərasiminə qatıla bilməyib.

 

Onun əvəzinə medalı götürməyə kürsüyə sərbəst güləş üzrə millimizin massajçısı Turan çıxıb.

 

 

Artıq Hacı Əliyevin durumu yaxşıdır və o, saytımıza açıqlamasında hoteldə olduğunu, özünü yaxşı hiss etdiyini bildirib.

 

Qeyd edək ki, bu gün komanda Bakıya qayıdacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin