"Bu adamların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir"

15:27 01-10-2018 | icon 498 | Gündəm
"Bu adamların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir"

Azərbaycan dövlətinin bütün strukturları sosial media hesabları yaratmalıdır və bu sosial media üzərindən öz təbliğatını aparmalıdır.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

Z.Oruc bildirib ki, müasir dövrdə informasiya vasitələri bir silaha çevrilib:

 

“Qərbin müxtəlif dairələrində bu siyasəti Azərbaycana qarşı həyata keçirənlər var. İnformasiya vasitələri sırasında televiziya və radio öz yerini sosial mediaya, əsasən də “youtube” video portalına verir. Hazırda “youtube”u izləyənlərin sayı 1 milyardı keçir. XXI əsrin dövləti öz mənafeyini tamam ayrı mexanizmlər üzərindən qorumalıdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin bütün strukturları sosial media hesabları yaratmalıdır. Bu sosial media üzərindən öz təbliğatını aparmalıdır. Bu çox vacib məsələdir”.

 

Deputat həmçinin terrorla bağlı qanunvericiliyə yenidən baxmağı təklif edib:

 

“Haradasa əyləşib Azərbaycan əleyhinə sosial şəbəkə vasitəsilə zəhər axıdan adamlar varsa, onların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir. Biz Suriyada əlinə silah alıb döyüşən adamı vətəndaşlıqdan məhrum etmək və onlara sərt sanksiyalar tətbiq etməklə işimizi bitmiş saymamalıyıq. Eyni zamanda Azərbaycanın hər bir parlament üzvünü, bütün hökumət strukturlarını və məmurları ən azı öz sahələri üzrə dövlət əleyhinə yönələn kampaniyalara cavab verməyə çağırıram”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin