"Bu, təkcə dövlətin yox, həm də hər birimizin borcudur"
Ehtiram Mehdiyev: "Pərakəndə formada edilən yardımlar düzgün ünvanlara çatmırdı"
"Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və Şəhid ailələrinin təminatına dəstək üçün yaradılan “YAŞAT” Fondu artıq uğurlu fəaliyyətə başlayıb. Fondun əməkdaşları və könüllülər bir neçə ailəni ziyarət edib".
Bunu Versus.Az-a açıqlamasında deputat köməkçisi Ehtiram Mehtiyev bildirib.
Ehtiram Mehtiyev hesab edir ki, fond Şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən ən şəffaf, effektiv layihələrdən biridir:
"Həqiqətən də belə bir platformanın fəaliyyətinə ehtiyac var idi. Çünki şəhid ailələri və qazilər qapı-qapı gəzib problemlərinin həlli üçün məmurlara, iş adamlarına xahiş edirdi. Bəzən etdikləri xahişlər cavabsız qalırdı. Şəhidlərin qüruru bizə əmanətdir. Bəli hamı kömək etməlidir. Bu, təkcə dövlətin yox, həm də hər birimizin borcudur. Pərakəndə formada edilən yardımlar düzgün ünvanlara çatmırdı. Bəzən daha çox ehtiyacı olan ailə yardımdan kənarda qalırdı. Artıq kim dəstək olmaq istəsə bunu fondun vasitəsilə edəcək".
Deputat köməkçisinin fikrincə, Fondun əməkdaşları tərəfindən problemlər araşdırılacaq və qısa zamanda həll olunacaq:
"Bu sadəcə təqdirəlayiqdir. Fondun vəsaitinə nəzarət şəffaf şəkildə aparılacaq. Vəsaitin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirəcək. Şurada təmsil olunanlar isə tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri olacaq. Bu da müsbət tərəflərdən biridir. Saxtakarlıq olmayacaq".
E.Mehdiyev qeyd edib ki, bu günə qədər "YAŞAT" Fondu üçün həyata keçirilmiş ianələrin məbləği 20 milyon manatdan çoxdur:
"Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları yaxın müddətdə qarşılanacaq. Hər şey vətən üçün, hər şey vətəndaş üçün".
SEVDA
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"