Deputatdan Şəhid valideyinlərinə: Biz sizə çox minnətdarıq
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva texnika elmləri doktoru, professor, Azərbaycan Dövlət Dəniz Akademiyasının kafedra müdiri, Vətən Müharibəsinin şəhidi Elçin Həsənlinin atası Vaqif Həsənov və şəhidin anası ilə görüşüb, sizin kimi valideynlərlə fəxr edirik deyib.
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Əziz Şəhid atası, siz Vətən uğrunda fədakarlıqla döyüşərək öz canını fəda etmiş oğulun atasısız. Düşmən üzərində qələbə münasibəti ilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. Şəhid ailələri bizim baş tacımızdır. Elçin ölkə Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Bu medal şəhid əsgərimizə respublikamızın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsində, qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə verilib. Elçin kimi cəsur gənclərimizlə hər zaman qürur duyacağıq! Elçinin və cəbhə yoldaşlarının cəsurluğu sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi Tarixi Qələbə münasibəti ilə bir daha təbrik edirəm”!
Şəhid atası ilə ətraflı söhbət edən Q.Paşayeva, ona tarixi zəfər münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub da təqdim edib.
Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova iştirak edib. Qənirə xanımın cəsur şəhidimiz haqqında yazısını oxucularla bölüşürük:
"Həsənsu elinin şəhid oğlu Elçin Həsənli Elçin Vaqif oğlu Həsənli – 1993-cü il iyun ayının 16-da Ağstafanın Həsənsu kəndində doğlub. 1999-cu ildə Bakının Suraxanı rayonundakı 290 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə Nəsimi rayonundakı 211 saylı tam orta məktəbi bitirib. 2010-cu илдə Azərbaycan Texniki Universitetinin “Elektrotexnika ve Energetika” fakültəсиnə daxil olub. Həmin universiteti 2014-cü ildə “Eletrik mühəndisliyi” ixtisası üzrə bitirib. 2014-cü ildə Azərbaycan Texniki Universitetində magistratura pilləsinə daxil olub və 2017-ci ildə “Elektrik mühəndisliyi” ixtisasını fərqlənmə diplomu ilə bitirən Elçin, 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub, orada da fərqlənib: komandirlərinə yaxşı əsgər, əsgərlərə yaxşı yoldaş, qardaş olub. 2017-ci ildə İtaliyanın Roma şəhərində UNİNETTİNO Universitetində “Bərpa olunan enerji qaynaqları” üzrə kursda iştirak edib, sertifikat alıb. 2018-ci ildə Şirvan ASC-nin mühəndisi, Sabirabadda “ASAN Xidmət”in əməkdaşı olub. 2019-cu ildə Memarlıq və İnşaat Universitetinin doktoranturasına qəbul olub. Elmi nəşrlərdə öz ixtisası üzrə bir neçə elmi məqaləsi yayınlanıb.
Subay idi Elçin. Elçinin atası ali məktəb, anası Xatirə xanım isə ibtidai sinif müəllimisidir. Müəlim ailəsində doğulub, böyüyüb, boya-başa çatan Elçin, ibtidaidən aliyə ötrənib milli xüsusliyyətlərimizi, ölkə həqiqətlərini, dərdimizi, uğurumuzu, gəncliyimizin üzərində olan vəzifələri...
İbtidaidən aliyə həyatı öyrənmək hər bir yaş üçün çətin “vəzifə”dir, ancaq bir gənc öz ömrünə adına, soyadına layiq gözəllikləri yaşamaq, yaşatmaqla naxış, möhür vurursa, öz ölkəsinin acısını yenib, uğur gətirməkdə canı ilə iştirak edirsə, ölümün gözünün içinə dik baxıb, ölümü öldürənlərdən olursa... əlbət, (ustad Karakoç demiş) “qədərin üstündə bir qədər vardır”...
Şəhidimizin öz adı Elçin, qardaşının adı Elşəndir. – Müəllim ailəsi oğlanlarına məhz elcanlılığı, el üçün çalışmağı, eli şən etməyi öyrədib. Azərbaycan Böyük Vətən Müharibəsinin ilk günlərindən Ordu sıralarında olan Elçin Həsənli, 08 noyabr 2020-ci ildə, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şuşa Şəhidi – bir gənc ömür üçün daha təsirli nə sonluq vardır?! Vətən sağ olsun! Elçin Həsənli Həsənsu elində (Ağstafa) doğuldu, Bakıda təhsil aldı, Şuşada şəhid oldu, Xırdalandakı Şəhidlər Xiyabanında dəfn edildi, cənnətdə sakin oldu..! Anası deyir, “Elçin bacarıqlı, işgüzar, hər yerdə özünə hörmət qazanan, hamının yerini bilən oğul idi. Şəhid olan vaxt ürəyunun üstündən Azərbaycan bayrağı tapılıb. Elçin bizim qürurumuzdur”! Ürəyi üstündə bayraq daşıyan oğullar həmişə ürəyimizdədir!"
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"