Azərbaycanlı rejissorun ekran işi “Ən yaxşı xarici film” oldu

14:48 21-12-2020 | icon 468 | Film
Azərbaycanlı rejissorun ekran işi “Ən yaxşı xarici film” oldu

Azərbaycanlı rejissor Elmar Bayramovun “Let me run” (“İzn ver qaçım”) qısametrajlı filmi Londonda keçirilən “Fighting Spirit Film” beynəlxalq kinofestivalında “Ən yaxşı xarici film” mükafatına layiq görülüb.

 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

ABŞ-ın Pensilvaniya ştatında yaşayan Elmar Bayramovun rejissoru və ssenari müəllifi olduğu ekran əsəri fiziki qüsurlu Orxan adlı gəncin həyat hekayəsindən bəhs edir. Əsərin qəhrəmanı bütün çətinliklərə baxmayaraq, məqsədinə nail olmaq üçün maneələri dəf edir. 

 

Filmdə əsas rolu Tural Manafov ifa edir. Filmin prodüserləri Könül Kəngərli, Klara Brotons Merkadal, Alan Goldberg və Zeke Ramazan Geisdir.

 

Qeyd edək ki, indiyə qədər “İzn ver qaçım” qısametrajlı filmi Los-Anceles, Nyu-York və Torontoda keçirilən beynəlxlaq kinofestivallarda da müxtəlif nominasiyalar üzrə qalib olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı