Koronavirusa qarşı MEDALYON

21:27 21-12-2020 | icon 406 | Maraqlı
Koronavirusa qarşı MEDALYON

Fransalı alimlər havada koronavirusların 93,5 faizə qədərini məhv edə biləcək bir cihaz yaradıblar. O, medalyona bənzəyir və boyuna taxılır.

 

Bu barədə “Le Parisien” qəzeti xəbər verir.

 

İvelin departamentində yerləşən şirkət, əvvəlcə malyariyaya qarşı cihazların hazırlanmasında ixtisaslaşmışdı. Alimlər malyariya ağcaqanadlarının insanın qoxu molekullarına doğru uçduğunu öyrəniblər. Mütəxəssislər xüsusi cihaz yaratdılar, onun vasitəsilə şəxsin ətrafında elektrik sahəsi əmələ gəlir. Onun təsiri ilə molekullar yerə düşür. Buna görə ağcaqanadlar qoxu ilə qurbanını tapa bilmir və məkanda orientasiyalarını itirirdilər.

 

Şirkət məhz bu tərtibatı koronavirusla mübarizə aparmaq üçün modernləşdirdi. Cihaza ozonizator və adı gizli saxlanılan müəyyən bir mineral əlavə edildi.

 

Yenilik artıq Parisdə Paster İnstitutu tərəfindən təsdiqlənib.

 

Orada bir təcrübə aparılıb - cihaz çox sayda koronavirus olan qapalı otağa yerləşdirilib. Onun 10 dəqiqə ərzində virusların 94-faizini məhv etdiyi görünüb.

 

Medalyonun qiyməti 79 avro (təqribən 163 manat) olacaq. Batareyası tək şarjla 20 saat işləyir. Hazırda şirkət gündə 400 ədəd cihaz istehsal edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR