Koronavirusun yeni ştammı öldürücüdür?

08:40 22-12-2020 | icon 277 | Sağlamlıq
Koronavirusun yeni ştammı öldürücüdür?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus ştammının ölümə səbəb olması barədə hələlik məlumata sahib deyil.

 

Bunu bazar ertəsi günü təşkilatın Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vuynoviç “Rusiya-24” telekanalının efirində deyib.

 

“Britaniyalı alimlərdən aldığımız ilk məlumatlar bu virusun daha yoluxucu göründüyündən xəbər verir... Hazırda bunun patogenliyini, xəstəliyin şiddətini, ölümə səbəb olduğunu söyləmək üçün kifayət qədər məlumat yoxdur”, - deyə o bildirib.

 

Onun sözlərinə görə, ÜST britaniyalı alimlərlə daim təmasdadır.

 

ÜST tövsiyə edir ki, ölkələr yeni koronavirus ştammının risklərini özləri təhlil etsinlər və hava əlaqəsini məhdudlaşdırmaq və ya sərhədləri keçmək barədə özləri qərar versinlər:

 

“Sərhədlərin bağlanması və ya bağlanma anına qədər xüsusi bir tövsiyə yoxdur. Ancaq epidemiya ilə məşğul olan orqanlar, hər ölkənin səhiyyə idarəsi yeni koronavirus ştammının idxal riskini təhlil etməli və öz fərdi qərarlarını verməlidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI