Bu xəstəliklərdə zəli ilə müalicə müsbət effekt verir

09:04 24-12-2020 | icon 2154 | Sağlamlıq
Bu xəstəliklərdə zəli ilə müalicə müsbət effekt verir

Nərminə Abbasova: “Onkoloji xəstəliyi olan insanlara isə hirudoterapiya olmaz”

 

Hirudoterapiya zəli ilə müalicədir. Müasir dövürmüzdə tibb elmi nə qədər inkişaf etsə də, bu müalicə növü hələ də praktikdir. Mənbələrə görə zəli ilə müalicənin tarixi 2500 il əvvələ gedir. İbin Sinanın əsərlərində də zəli ilə müalicədən söz açılır. Avropa ölkələrində də zəli ilə müalicə üsulundan geniş istifadə olunur.

 

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA ilə budəfəki söhbətimiz Hirudoterapiya – zəli ilə müalicə ilə bağlı olacaq.

 

Həkim-terapevt bildirdi ki, zəli ilə müalicə olunan xəstəliklər ginekoloji və uroloji xəstəliklərdən tutmuş ürək-damar, dermatologiya, allergiya, qan dövranı, həzm sistemi, qulaq-burun, göz, yüksək təzyiq, gözdə təzyiq, miqren və başqa müxtəlif xəstəliklərdə istifadə olunur və öz müsbət təsirini göstərir:

 

“Zəlilərin üç çənəsi, 270 dişi var. Onun qana ifraz etdiyi 100-dən artıq xeyirli maddələr var. Bunlar qan laxtalanmasını əngəlləyən yaranmış laxtaları əridən mikrobları məhv edən təzyiq tənzimləyici, əzələ yumşaldıcı, stress azaldan maddələrdir. Zəlinin ifraz etdiyi maddələr antioksidant, antibakterial, antidepresant xüsusiyyətlərə malikdir. Buna görə də zəli ilə müalicə olunan insanlarda infeksiyalara qarşı müqavimət güclü olur.

Zəlinin ifraz etdiyi maddələrin əsasını gialuronidaza, hirudin, bdellinlər, egelinlər, detabilaza və sair təşkil edir. Gialuronidaza - gialuron turşusunu parçalayan fermentdir. Zəli dərini dələrkən gialuronidazanı ifraz edir ki, dərini rahat dəlib qanı sovura bilsin. Zəlinin tüpürcəyində olan hirudin qanın laxtalanmasının və trombların əmələ gəlməsinin qarşısını alır. Zəli ilə müalicə hər hansı bir xəstəliyə deyil, bütün orqanizmə müsbət təsir göstərir. Yuxunu, iştahı, immuniteti, maddələr mübadiləsini yaxşılaşdırır”.

 

 

Qeyd edək ki, qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif xəstəlikləri müalicə edirmişlər. Müasir vaxtlarda da bu müalicə üsulundan uğurla istifadə olunur.

 

Həkim deyir ki, zəlinin kompleks müalicə effekti var. Belə ki, zəlinin köməyi ilə müxtəlif xəstəlikləri - ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və sair müalicə etmək mümkündür:

 

“Hirudoterapiya insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik müalicə üsullarından biri sayılır. Hipertoniya xəstəliyi zamanı bu müalicə üsulundan uğurla istifadə olunur. Bir çox dəri, məsələn, trofik xoralar, psoriaz, ekzema, sklerodermiya və sair xəstəliklərinin də müalicəsində zəli ən təsirli tibbi "vasitədir".

Onu da deyim ki, Hirudoterapiya kosmetologiyada da istifadə olunur. Zəlinin sekreti, yəni şirəsi dərini cavanlaşdırır, daha parlaq edir, xırda qırışları yox edir.

Seans zamanı həkim zəlini xüsusi şüşə borucuğuna yerləşdirir və xəstəlikdən asılı olaraq insan bədəninin müxtəlif yerlərinə qoyur. Seansın əvvəlində insan yüngül yandırma hiss edə bilər. 1 seans zamanı bir və ya bir neçə zəli istifadə oluna bilər. Zəli yalnız bir neçə ml. qan - təxminən 15 ml kimi sora bilər. Doyunca sorduqdan sonra zəli dəridən qopur. Bu baş vermədikdə həkim zəlini spirt və ya yod məhlulunda isladılmış tamponla götürür”.

 

 

Nərminə xanım deyir ki, zəli qanı sorarkən öncə bədənin müəyyən nahiyəsində adi qan axınına səbəb olur. Onun sözlərinə görə, seans zamanı zəli müxtəlif və çox faydalı bioloji aktiv komponentlərlə zəngin olan xüsusi sekret - şirə - ifraz edir ki, bu sekret – şirə - insanın qanına düşür və insan orqanizminin bütün orqan və sistemlərinə çox müsbət təsir edir:

 

“Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir və orqanizmdəki iltihab prosesini aradan götürür, eyni zamanda, yüksək təzyiqi aşağı salır. Seansdan sonra iki gün ərzində zəli yapışan yeri islatmaq və qaşımaq olmaz. Zəli yapışan yerlərdə cüzi qanaxma yarana bilər. Belə qanaxmalar insanın səhhəti üçün heç bir təhlükə yaratmır və 24 saat ərzində kəsilir. Onkoloji xəstəliyi, anemiya, tuberkulyoz xəstəlikləri və zəli fermentlərinə qarşı allergik reaksiyaları olan insanlar hirudoterapiyadan istifadə edə bilməz”.

 

 

Həkim-terapevt bildirdi ki, hirudoterapiya əsasən mexaniki, bioloji və refleksogen təsir göstərir. Onun sözlərinə görə, mexaniki təsir - dəridə qalma hesabına yerli qan dövranının yaxşılaşdırmasına və tromb yaranmasının qarşısının alınmasına yönəlib. Uzun müddət alimlər hirudoterapiyanın müsbət effektini yalnız bu amilə bağlayıblar. Bioloji təsir - zəli sancarkən yaraya tüpürcək vəzilərinin ifraz etdiyi sekretin təsiri ilə bağlıdır, hansı ki, kifayət qədər mürəkkəb tərkibə malikdir.

Reflektor təsir isə refleksoterapiya ilə demək olar ki, eynidir. Həkim vurğuladı ki, son zamanlar mütəxəssislər daha çox zəlini refleksoterapiya zamanı istifadə olunan nöqtələri qoymağı daha məqsədəuyğun hesab edirlər:

 

 

“Beləliklə, zəli ilə müalicə xroniki iltihab prosesləri ilə yanaşı, ürək qüsurlarında, ürəyim qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi pozulduqda, mədə-bağırsaq xəstəliklərində, nevroloji problemlərdə, miqrendə və sair xəstəliklərdə müsbət effekt verir”.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova Hirudoterapiya - zəli ilə müalicə üçün sizi Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI