Təyyarə hərəkətdə olarkən qapını açıb, göyərtəni tərk etdilər - VİDEO

12:45 24-12-2020 | icon 291 | Maraqlı
Təyyarə hərəkətdə olarkən qapını açıb, göyərtəni tərk etdilər - VİDEO

La Quardia hava limanında “Delta” Hava Yollarına məxsus təyyarə havaya qalxmağa hazırlaşarkən iki sərnişin qapını təkbaşına açıb.

 

Bu barədə CNN telekanalı xəbər yayıb.

Məlumata görə, Florida sakinləri Antonio Merdok və Brianna Qreco layner uçuş zolağına doğru irəliləyərkən gözlənilmədən yerlərindən qalxıb, kabinaya giriblər və təcili evakuasiya üçün istifadə olunan hava trapını işə salıblar. Onlar hərəkət edən təyyarədə qapını açıb göyərtəni tərk etməyə müvəffəq olublar. Qısa müddət sonra onlar saxlanılıblar.

 

Merdok və Qreco kabinəyə qanunsuz hərəkətdə ittiham olunur. Merdok həmçinin ziyan vurmaqda və digər insanları təhlükə altına salacaq vəziyyət yaratmaqda günahlandırılır.

 

Cinayətkarların motivləri barədə məlumat verilmir.

“The New York Times”ın məlumatına görə, Merdok posttravmatik stresdən əziyyət çəkdiyini bildirib.

 

 

Bundan əvvəl anoloji hadisə bir neçə həftə öncə Las-Veqasda yaşanmışdı. Orada da bir kişi aeroportun ərazisinə daxil olaraq, “Alaska Airlines” hava şirkətinə məxsus təyyarənin qanadına çıxmışdı.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol