“AzerGold” istiqrazlarının ilk faiz ödənişi həyata keçirilib

13:31 25-12-2020 | icon 335 | İqtisadiyyat
“AzerGold” istiqrazlarının ilk faiz ödənişi həyata keçirilib

24 dekabr tarixində “AzerGold” istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib.

 

Versus.Az xəbər verir ki, ümumilikdə 200 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.

 

Bildirilib ki, yerli bankların xarici valyutada əmanətlər üçün təklif etdiyi illik faiz dərəcələrindən daha yüksək - 4 faiz gəlirlilik vəd edən “AzerGold” istiqrazları geniş xalq kütləsi üçün əlçatan investisiya alətidir.

 

Ümumi emissiya həcmi 20 milyon ABŞ dolları olan istiqrazların bir ədədi üzrə 100 ABŞ dolları nominal qiymətində ticarət olunması şirkətlərlə bərabər məhz siravi vətəndaşlarımız üçün də əlavə gəlir qazanmaq fürsəti yaradıb.

 

İnvestorlara 3 illik tədavül müddəti ərzində ildə dörd dəfə olmaqla sabit gəlir qazandıran, tədavül müddətinin sonunda istiqrazların nominal dəyərini geri almaq hüququ verən “AzerGold” istiqrazlarının Bakı Fond Birjasında həm birinci, həm də ikinci tranş üzrə keçirilmiş hərracında tələb kifayət qədər yüksək olub. Təklifi orta hesabatla iki dəfədən çox üstələyib.

 

Konkret olaraq hər tranş üzrə 10 milyon ABŞ dolları həcmində yerləşdirilən istiqrazlara birinci hərracda 25,5 milyon, ikinci hərracda 18 milyon ABŞ dolları məbləğində sifariş toplanıb.

 

Qeyd edilib ki, “AzerGold” istiqrazlarının birinci və ikinci tranş üzrə hərracları cari ilin 24 sentyabr və 30 noyabr tarixlərində Bakı Fond Birjasında keçirilib. İstiqrazların orta ölçülmüş qiyməti birinci tranş üzrə 101,7 ABŞ dolları, ikinci tranş üzrə isə 102,4 ABŞ dolları təşkil edib. “AzerGold” istiqrazları üzrə növbəti rüblük faiz ödənişi isə 2021-ci ilin mart ayında baş tutacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı