Ukraynanın “Şedrik”i milli musiqi alətlərimizlə ifa olundu - VİDEO
Ukraynalı bəstəkar Nikolay Leontoviçin bütün dünyada məşhur olan “Şedrik” əsəri artıq ikinci yüzillikdir ki, Ukrayna mədəniyyətini yeni ölkələrə və şəhərlərə çatdıraraq, dünya üzrə səyahət edir.
100 il bundan öncə “Şedrik” nəğməsi ilk olaraq Ukrayna xorunun Şimali Amerikaya qastrol səfəri zamanı səsləndirilib və tezliklə əfsanəvi “Carol of the bells” mahnısı kimi böyük populyarlıq qazanıb.
Tam bir əsr sonra Ukraynanın “Şedrik” nəğməsinin əzəmətli və əsrarəngiz Qafqaz dağları zirvələrində eşidilmək üçün geri dönməsi rəmzi məna daşıyır.
İstedadlı Ukrayna musiqiçisi Polina Dessiyatniçenko muğam sənətini öyrənmək üçün xüsusi olaraq Kanadadan Azərbaycana gəlib. Polina Dessiyatniçenko, Azərbaycanın əməkdar artisti Toğrul Əsədullayev, əməkdar artist Çinarə Heydərova, Vəfa Şirəliyeva, Şəfa Kərimov və Azad Əliməmmədovdan ibarət yeni yaradılmış Ukrayna-Azərbaycan tandemi “Şedrik” nəğməsinin qədim Azərbaycan musiqi alətlərinin köməyi ilə yeni şəkildə səsləndirilməsinə imkan yaratmışdır.
Ənənəyə əsasən “Şedrik” nəğməsi dünyaya yeni il bayramının yaxınlaşdığı barədə xəbər verir.
“Şedrik” və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi qardaş Azərbaycan xalqını qarşıdan gələn Yeni il münasibətilə təbrik edir və yeni 2021-ci ildə sülh, rifah və çiçəklənmə arzu edir!
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"