Gələn ildən hər kəsin ailə həkimi olacaq

15:22 28-12-2020 | icon 88 | Sağlamlıq
Gələn ildən hər kəsin ailə həkimi olacaq

2021-ci il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verib.

 

Məlumata görə, icbari tibbi sığortanın tətbiqi ilə sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər. Ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir.

 

Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir.

 

Ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” əsasında həyata keçirilir.

 

Belə ki, ailə həkimini seçmək üçün sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət etməlidir. Ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsində qeydiyyata alınır.

 

Sığortaolunan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Lakin sığortaolunan eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Vətəndaş qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 (bir) təqvim ili keçdikdən sonra dəyişə bilər. Şəxsin yaşadığı ərazi dəyişildiyi halda isə yeni ərazidəki tibb müəssisəsinə yuxarıda göstərilən vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət olunmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

YAP-dan qovuldu

Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

Alqış Musayev yenidən baş redaktor oldu

YAP-ın bir sıra rayon təşkilatlarına təyin edilən YENİ SƏDRLƏR

Ramiz Göyüşovdan müsahibə alan jurnalist SAXLANILIB

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb

Sayt rəhbəri həbs edildi

Hacıbala Abutalıbov və Tağı Əhmədovun YENİ İŞ YERİ

Əsgərin ölümü ilə bağlı baş çavuş həbs edildi

“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”

“Üç qardaş - 2021” TƏLİMLƏR BAŞLAYIR

Türkiyədə Mardin sakinlərinə küçəyə çıxma qadağası qoyuldu

Ərdoğan ağladı