11 ildir itkin düşmüş atasını bir şəkillə tapdı - FOTO

09:39 30-12-2020 | icon 258 | Maraqlı
11 ildir itkin düşmüş atasını bir şəkillə tapdı - FOTO

İngiltərənin Liverpul şəhərində 23 yaşlı Ceyson Kelli illərlə ayrılıqdan sonra atasını bir fotonun köməyi ilə tapıb.

 

Bu barədə yerli “Liverpool Echo” qəzeti xəbər verib.

 

Gəncin sözlərinə görə, 11 il əvvəl valideynləri boşanıb və atası Devid evdən ayrılıb. Bundan sonra oğlu onu bir daha görməyib. Ceysonda itkin valideynin yalnız bir fotoşəkili olub. O, atasının fotosunu “Facebook”da yayımlayaraq, istifadəçilərdən onu tapmağa kömək istəyib.

 

İstifadəçilərdən biri Ceysona yazaraq şəkildəki adamın yerini bildiyini deyib. Milad ərəfəsində oğlu atasının yaşadığı ünvana gəlib. Gənci təxminən 70 yaşlı bir qadın qarşılayaraq, Devidin həqiqətən də onun evində yaşadığını, ancaq indi işdə olduğunu deyib.

 

Ceyson telefon nömrəsini qoyub getmək istəyərkən, atası qayıdıb.

 

“Müəyyən bir vaxta qədər o  mənə baxmamağa çalışdı, çünki gözləri dərhal yaşla dolurdu. Başıma belə bir şey gələndə mən eyni şəkildə davranıram”, - deyə gənc ilk görüşlərini xatırlayarkən deyib.

 

Məlum olub ki, Devid sənədsiz və pulsuz qaldığı üçün uzun müddət küçələrdə yaşayıb. Son beş ildə kişi tanışlarının evində qalıb. 

 

Oğlu atanın ayağa qalxmasına, sənədlərini düzəltməsinə kömək etmək, həmçinin onun adına bank hesabı açmaq istəyir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol