Qadın öz bacısını dünyaya gətirdi - FOTO

09:45 30-12-2020 | icon 267 | Maraqlı
Qadın öz bacısını dünyaya gətirdi - FOTO

Şotlandiyada qadın öz bacısını dünyaya gətirib.

 

Bu barədə “Daily Record” xəbər verir.

 

Bildirilir ki, İnverness şəhərinin 25 yaşlı sakini Holli Sammers 49 yaşlı anası Fey üçün suroqat analıq və yumurta donorluğu  edib.

 

Məlumata görə, Fey və 46 yaşlı əri Endryu (Sammersin ögey atası) uzun illər uşaq arzusunda olublar. Lakin bu, elə arzu olaraq qalıb.

 

Nəhayət onlar Sammersi surroqat ana olmağa dəvət etdilər. Lakin tədqiqatlar zamanı ananın yumurta hüceyrələrinin yararsız olduğu məlum olur. Bundan sonla Holli həm surroqat ana, həm də yumurta donoru oldu.

 

Sammers dünyaya gətirdiyi bacısının adını Uillou qoyub. Bundan başqa qadının 3 yaşlı Arven adlı qızı da var.

 

Sammers dünyaya gətirdiyi uşağın anasının qızı olduğunu tam qəbul edir.

 

“Mən Uillounu dünyaya gətirdim və heç bir tərəddüdsüz dərhal anama verdim. Uillou mənim yumurta hüceyrəmdən dünyaya gəlsə də, onun yeganə anası var və bu, mən deyiləm. Endryu və anam evlənən günündən övlad arzusuna olublar. Ancaaq anam sterilizasiyadan keçmişdi və çoxdun buna peşman olub”.

 

Ailə Uillouya hər şeyi böyüdükdən sonra danışmağı planlaşdırır.

 

“Onun hekayəsi qeyri-adidir, amma sevgi içində anadan olub və bu vacibdir”, - deyə Sammers vurğulayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI