"Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB hesabat verdi
Dekabr ayının 27-də "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İctimai Birliyinin hesabat gününə həsr etdiyi "ZOOM" tətbiqi vasitəsilə online şəkildə tədbir keçirib.
Versus.Az xəbər verir ki, "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Mətanət Quliyeva Qüdsi təşkilatın ümumi fəaliyyəti, qazanılan uğurlar, əldə olunan nəticələr, 2 illik fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin, tədbir zamanı yekun hesabatı əhatə edən video-çarx nümayiş etdirilib.
Tədbirdə iştirak edən qonaqlar - Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Ülvi Allahverdi, Protez Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov, Şamaxı şəhər 2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin direktoru Tamerlan Şərifzadə, ADPU-nun Şamaxı şəhər filianının müəllimləri, Gənclər İdman İdarəsinin əməkdaşı, ADAU-nin müəllimi Aytəkin Bağırova, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Hafiz Pənahov, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimayi Birliyinin sədri Səbinə Kərimova, qazimiz Ülvi Qədir, eyni zamanda təşkilatın üzvləri, könüllüləri, layihə iştirakçıları və bir çox qonaqlar fəal iştirak edərək,öz çıxışları ilə təbriklərini çatdırıblar.
Təşkilatdan yararlanan şəxslər təşkilatın onlara necə faydalı olduğunu, hansı yeniliklər qazandırdığını xüsusi vurğulayıblar.
Bir daha "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İctimai Birliyini təbrik edir, daha böyük uğurlara imza atmaqlarını arzu edirik.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"