Razi Nurullayev Qazi Amil Musayevlə görüşündən yazdı
Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev əsirlikdən azad edilən qəhrəman Qazimizlə - Amil Musayevlə görüşüb.
Versus.Az xəbər verir ki, millət vəkili Razi Nurullayev hələ Amin Musayevin yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülməsinin videosu sosial şəbəkələrdə paylaşılarkən onun sağsalamat Azərbaycana, ailəsinə dönməsini arzulayaraq, gələndə mütləq bağrına basacağını demişdi.
Xəbər verdiyimiz kimi Amin Musayev girovluqdan azad edilib və artıq qohumlarının yanındadır. R.Nurullayev Qazimizlə görüşüb və o anları şəxsi "facebook" hesabında paylaşıb:
"Yadınızdadırsa, söz vermişdim ki, Amil gəlsin, onu bağrıma basacam. Bu gün xəstəxanadan buraxılıb. Qohumugildədir. Gedib onu bağrıma basdım. İki saat zaman keçirdim, çox söhbətlər etdim. Hələ ayaqüstə dayana bilmir, amma tam bərpa olunacaq, İnşallah.
Dayısı da Aqstafadan gəlir ki, onu anasının yanına aparsın. Zəng gəldi ki, Ələt postunda saxlayıblar. Zəng etdim Operativ Qərargaha. Sağ olsunlar ki, elə operativ də həll etdilər. Dayısı da indi sevinə-sevinə Amini bağrına basmağa gəlir. Daha gözləyə bilmədim, amma dedim ki, gəlib orada da ziyarət edəcəm".
SEVDA
Versus.Az