“15 iyun hadisələri, Şuşada yaranan Türk Birliyi buketi...”

12:00 15-06-2023 | icon 368 | Siyasət
“15 iyun hadisələri, Şuşada yaranan Türk Birliyi buketi...”

Nizami Cəfərov: “Bu, Azərbaycanı xeyirli yolla aparacaq”

 

Azərbaycan dövləti, xalqı 15 iyun tarixi ilə əlaqədar bir neçə mühüm hadisələri bir “türk birliyi buketi” şəklidə qeyd edir. Qardaş Türkiyə respublikasının lideri Rəcəb Tayyib Ərdoğanın Qurtuluş gününün 30-cu, Şuşa bəyannaməsinin 3-cü ili ərəfəsində yenidən seçilən prezident kimi ilk səfərini Azərbaycana etməsiTürk Dünyasına, Türk dövlətləri Birliyinə, Şuşa Bəyannaməsi kontekstində növbəti mesajları və vədlərini  vermiş oldu. 15 iyun tarixi hadisələri kontekstində mövcud reallıq nəyi ifadə edir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Nizami Cəfərov yaşadığımız tarixin əhəmiyyətinə toxunarkən bir çox məqamlara diqqət çəkib.

 

- “2023 - Heydər Əliyev İli” çox mühüm hadisələrin yaşandığı bir il olmaqla yanaşı, istər Qurtuluşumuz, istər regionla bağlı açılan yeni beynəlxalq yollar, eləcə də Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında bağlanan bəyannamənin 3-cü ilində bir daha dünyaya, Türk Dünyasına hansı mühüm mesajlarını vermiş oldu?

 

- Ümummilli lider Heydər Əliyevin 2023-cü ildə 100 yaşının qeyd olunması təkcə Azərbaycan miqyasında izlənilən, təhlil olunan hadisə deyil. Heydər Əliyevin Türk dünyasına, xüsusilə də Türkiyə üçün böyük bir şəxsiyyət olduğunu görməmək mümkün deyil. Ümummili liderin keçirdiyi görüşlər, çıxışları, Türk Dünyasında əldə olunmuş o inteqrasiya, birlik sahəsindəki xidmətləri barədə çox danışmaq olar.

Hələ 90-cı illərin əvvələrində Azərbaycanla türk dövlətlərinin bir çoxunun arasında münasibətlər soyumuşdu. Hətta düşmənçilik həddinə qədər gəlib çatan münasibətlər meydana çıxmışdı. Lakin ümummmilli lider bu məsələlərdə çox böyük ağsaqqallıq elədi və bütün Türk Dünyasının birliyi üçün öz şəxsi nüfuzu ilə böyük  işlər gördü. Ümummilli liderimiz sovet dövründə sovet türklərinin, SSRİ ərazisində olan türk respublikalarının hamısının ağsaqqalı idi.  Liderlər ona xüsusi hörmətlə yanaşırdı və bunun da nəticəsini müstəqillik illərində götdük.

Heydər Əliyevin təkcə Türkiyənin prezidenti Süleyman Dəmrəllə dostluğu özü elə böyük bir epoxadır. Elə o vaxtdan Azərbaycan-Türkiyə arasında münasibətlər o qədər strateji səviyyəyə gəlib çatmışdı ki, pozulması heç cür mümkün olmadı. Bunun ardınca Bakı-Ceyhan neft boru kəməri çəkildi, digər iqtisadi münasibətlər inkişaf etdi. O zaman Süleyman Dəmrəl demişdi ki, biz Azərbaycanla Türkiyəni bir-birinə Dəmir borularla bağladıq, heç kim bunu ayıra bilməz. Elə həmin ərəfələrdə hakimiyyətə gələn Ərdoğanın ümummili liderlə ilk təmasları, ilk görüşləri Azərbaycan-Türkiyə münasibətərinə xüsusi bir rövnəq verdi, stimullaşdırdı. Bu səmimi münasibət İlham Əliyev Prezidentliyə gələndən sonra daha da gücləndi. Çünki artıq neft, qaz layihələri işləməyə başladı, yolların çəkilməsi ilə bağlı çoxlu layihələr meydana çıxdı, beynəlxalq aləmdə Azərbaycan Türkiyə münasibətləri daha da möhkəmləndi. Dünyada gedən proseslər bizi bir yerdə olmağa məcbur elədi. Bunun ardınca Azərbaycan Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti ilə bağlı ideyalar ortaya çıxdı. Yəni nəticə etibarilə Azərbaycan-Türkiyə münasibətləri, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında strateji səviyyəyə gəlib çıxdı. Elə bir vəziyyətdə “ Dağlıq Qarabağ” problemi məsələsinin həllində Türkiyənin köməkliyi gerçəklik, labüd idi. Bunsuz keçinmək mümkün deyildi. Bu münasibətlərin inkişafı prosesində Azərbaycan xüsusən də iqtisadi sahədə Türkiyəyə çox yaxından köməklik edirdi. Məsələn, Azərbaycan nefti Türkiyə ərazisindən gedirsə, bu o deməkdir ki, burdaAzərbaycanın iradəsi var. Azərbaycanın iradəsi Azərbaycanı Türkiyəyə bağladı və bunun nəticəsində iqtisadi münasibətlər siyasi münasibətlərə daxil oldu. Dağlıq Qarabağ münaqişəsinin həllində, Azərbaycanın itirilmiş torpaqların qaytarılmasında Türkiyə dünya miqyasında bizə mənəvi dəstək durdu. Bu hər dövlətin görə biləcəyi iş deyil. Çünki Azərbaycamnın haqq işinə dəstək durmaq dünayanın çox yerində qəbul olunmur. Türkiyə və Azərbaycan münasibətləri bütün dünyaya sübut elədi ki, sülhə aparan yolda məsələlər bu cür həll olunmalıdr.

 

- Məlumdur ki, türkü, Türk Birliyini istəməyən qlobal güclər var və hər vəchlə bu birliyin güclənməsinə əngəllər yaratmağa çalışırlar. Türiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə o maneələri nə dərəcədə aşa biləcək?

 

- Əgər biz 30 il zəbt olunaraq ermənilərin əlində qalan Şuşa kimi tarixi şəhərimizi dostluğumuz, birliyimizlə geri qaytarmağa nail olduqsa hər bir maneənin öhtəsindən gələcəyik. Qeyd edim ki, şuşa Bəyannaməsinin məhz Şuşada bağlanması da simvolikdir. Məhz böyük qələbədən sonra həmin bəyanat Şuşada verildi. Bu o deməkdir ki, Şuşa Bəyannaməsi böyük bir zəfərin övladıdır. Onun Şuşada verilməsi o deməkdir ki, əslində bu bizim strateji əməkdaşlığımız və bütün Türk Dünyasının andıdır. Bu and elə bir yerdə içilir ki, orda bu birlik öz təsdiqini tapıb, öz məhsulunu verib. Bu birlik Şuşanı azad edib. Ona görə də artıq Şuşada deyilən söz müqəddəs sözdür. Biz onun nəticələrini görürük. Bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində yüksək sürətlə bərpa işləri gedir, Zəngəzurdan keçən beynəlxalq yolların açılışından ötrü çalışılır. O yollar  mütləq açılacaq, Ona görə ki, bu tək Azərbaycanın Türkiyənin istəyi, yaxud Ermənistanın etiraz etməsi məsələsi ilə bağlı deyil. Dünya yol bağlayanın yox, yol açanındır. Ona görə də nə qədər buna qarşı çıxanlar olsa da, nə qədər  Şuşa Bəyannaməsinə göz yummaq istəyənlər olsa da, yenə də bəyannamə öz işini görür və heç şübhə etmirik ki, Azərbaycanla Ermənistan arasında uzun müddət gözlənilən sülh müqaviləsi olacaq. Əgər sülh müqaviləsi olmasa, Prezidentimizin dəfələrlə dediyi ki, Azərbaycan öz işlərini özü görəcək. Çünki Azərbaycanın münasibəti dünya birliyinin, dünyanın özündə olan maraqlara uyğundur. Bu kiminsə marağı, kiminsə iddiası, yaxud kimlərinsə buna mane olmasının hesaba alınması deyil. Bu artıq dünyanın təbii gedişidir və burda istər-istəməz müqavilə bağlanmalı, ya da Ermənistan hər cür müqavilələrdən, münasibətlərdən kənarda qalmalıdır və bundan  sonra öz dövlətçiliyini itirməlidir.

 

- Şuşa Bəyannaməsi regionda həm də təhlükəsziliyin bir qarantı kimi önə çəkilir və bu sənədin sülh müqaviləsinin bağlanmasına da öz dəstəyini verəcəyi qeyd olunur. Rəcəb Tayyib Ərdoğan yarızarafat Fransanı - Makronu da bu təşkilata üzv olmağa çağırmışdı. Yaxud Rusiya-Türkiyə münasibətləri kontekstində Şimal dövlətin bu prosesə razılıq verməklə qoşulması Türk Birliyinə qarşı müxtəlif səmtlərdən gələn təsirlərin qarşısını ala biləcəkmi?

 

- Türk Birliyi ilə bağlı məlum proses sovetlər birliyi dağılandan sonra başlayıb. Əvvəl türk xalqları toplumlarının qurultayı keçirildi. Bunan dərhal sonra Türk dövlət başçılarının Zirvə toplantıları, ondan bir müddət sonra isə Türksoy,  bir sıra digər təşkilatlar yarandı. Amma Türk Dövlətləri Təşkilatının əsasında türk dövlətləri başçılarının zirvə toplantıları dayanırdı. Bu zirvə toplantıları adını dəyişsə də, eyni ənənə ilə davam etdi. Bundan əvvəl Türkdilli Dövlətlərin Zirvəsi adlandırıldı. Amma sonradan adı dəyişdi, çünki buna qarşı çoxlu etirazlar var idi. Eyni zamanda  ortada türk dövlətlərinin parlament təşkilatı-TÜRKPA-da fəaliyyət göstərməyə başladı. Yəni belə çoxspektrli, rəngarəng Birlik axtarışlarında əslində Türk Dövlətləri Təşklatı bir mərkəz odu. O elə bir məsələdir ki, burda türk dövlətlərinin strateji maraqları əhatə olunub. Bir vaxtlar bu zirvələrdə daha çox mədəniyyət  məsələlərinin müzakirəsi aparılırdı. O zaman Bakıda keçirilən görüşlərin birində  ümummilli liderimiz Heydər Əliyev demişdi ki, türk xalqlarının, dövlətlərinin mədəni birliyini onların siyasi birliyi tamamlamalıdır. Yəni bu siyasi birliyin qurulması artıq xeyli vaxtdır ki, qüvvədədir. Hətta bu siyasi birliyin arxasınca bir sıra iqtisadi birlik məsələləri də gəlir. Düzdür, siyasət, iqtisadiyyat ümumbəşəti dünyaya aiddir. Amma burda türk dövlətlərinin və xalqlaqının nəzərə alınması  heç də təsadüfi bir şey deyil. Dünyada bu birliyə qarşı çıxanlar da var, bununla hesablaşmalı olanlar da var. Dünyanın ağıllı adamları, siyasətçiləri yaxşı bilirlər ki, türk xalqlarının, dövlətlərinin birliyi həm Türk Dünyasında, həm də bütün dünyada harmoniya yaradır. Çünki Türk dövlətlərinin birliyinin qədim dövrlərdən bəri heç bir xalqa ziyanı olmayıb. Xüsusilə də iqtisadi sahədə. Bəzi Fransa kimi Avropa ökələrində olduğu ki, hansısa irticaçı siyasətlə başqa xalqları istisma etmirik. Ona görə də türklərin iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə nüfuzunun artması dünyaya ziyan gətirmir.

Burda mühüm amilərdən biri Rusiyadır. Rusiya  istər-istəməz Türk dünyası ilə hesablaşmalıdır. Çünki o dövlətlərin çoxu SSRİ-dən ayrılıb. Onlar Rusiya, SSRİ ilə bağlıdırlar. Bu gün məsələn, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan Azərbaycan Rusiya ilə münasibətdə həddən artıq korrektli hərəkət edirlər.  Müəyyən münasibəti, tarixi ənənələri gözləyirlər, hansısa aqressivlik nümayiş etdirmirlər və bu da əslində özünü doğrultmur. Başqa bir tərəfdən, bu gün hələ də Rusiyadan ayrılmayan, Rusiyanın tərkibində olan çoxlu türk  xalqları var. Onların sayı 10-dan çoxdur. Məsələn bu sırada tatarların, başqırdalar, çuvaşlar, yakutlar, saxlar, altaylar, kumıklar və sair xalqların adını çəkmək olar. Elə xalqlar da var ki, onların bəzisi müxtar respublikalar şəklindədir, bəziləri isə tamamilə Rusiyanın tərkibindədirlər. Bu münasibətləri də  Rusiya qaydaya salmalıdır. Ona görə də Türk Dünyası ilə əlaqələr Rusiya üçün də əhəmiyyətlidir. Türk Dünyasının ümumi birliyindən irəli gələrək, son zamanlar Rusiyanın Türkiyə ilə əlaqələri çox güclənib, münasibətlər çox yaxşılaşıb. Münasibətlər o qədər yaxındır ki, Rusiya Türkiyədə atom elektrik stansiyası tikir, artıq istifadəyə verilir. Rusiyada bütün inşaat sahələrində türklər çalışırlar. Yəni bu münsibətlər dünyanın özündə bir harmoniya, sülh əmələ gətirir. Biz müharibənin nə demək olduğunu bu gün Rusiya-Ukrayna münasibətlərində görürük. Ümummili liderimiz hakimiyyətə gələndə ilk təşəbbüsü o oldu ki, müharibə dayandırılsın. Müharibə insanların ən mühüm haqqı olan yaşamaq hüququnu əlindən alır. Bu yaşamaq hüququ əlindən alınan xalqın gələcəyi ola bilməz. Ona görə də bu gün biz ən müxtəlif sahələrdə uğurların olduğunu görürük.

 

Bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəldi. Bu, onun Şimal Kipirdən sona ikinci səfəridir. Bu, əlaqələrimizin nə qədər böyük olduğunu Azərbaycanın apardığı 44 günlük müharibədə Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin keçirdiyi həyacanlarda, Azərbaycan xalqına edilən böyük köməklərdə gördük. Bu münasibətlər o qədər qardaşlıq səviyyəsində yüksəkdir ki, bizdən soruşan da olmadı ki, başqa bir ölkədə keçirilən seçkidə sizin nə işiniz var. Biz  o seçkilərdə müşahidəçi kimi iştirak elədik və Ərdoğana öz ehtiramımızı ifadə elədik. Və orda da  hər kəs, hətta Ərdoğana səs verməyənlər də gördülər ki, Azərbaycan nümayəndələrinin, ictimai siyasi xadimlərinin Türkiyəyə gəlib yeni prezidenti müdafiə eləməkdə haqqı var. Çünki ərazi bütövlüyünün təmin olunmasında Ərdoğanın mənəvi xidmətləri var. Bu gün 15 iyun hadisələri, Şuşada yaranan Türk Birliyi “Buketi” Azərbaycanı xeyirli yolla aparacaq. Tarix, tale elə gətirib ki, etnik, mədəni, ayrılma, bölünmələr baş verib. Amma bizim mədəni köklərimiz var və bu birlik böyük bir hadisədir. Qurtuluşumuz, bu gün Şuşadan Bəyanatla verilən mesajlar bunu dostlara, düşmənlərə bir daha bəyan edir. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI