"Qələbə təbrikini ən çox siz şəhid valideynləri haqq edirsiz"
Qənirə Paşayeva: "Övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır"
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Mahmudavar kənd sakini, şəhid əsgər Röyad Məmmədovun atası Famil Məmmədovla görüşüb.
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Əziz Şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısınız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. Biz bilirik ki, sizin oğlunuz Vətən Müharibəsinin başlandığı ilk gündən döyüşlərə könüllü qatılıb. Azərbaycan Ordusunun əsgəri olan Röyad, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə vuruşub. O, noyabrın 8-də Laçın-Şuşa yolu istiqamətində döyüşlərdə şəhid olub. Vətən Müharibəsinin şəhidi Röyad Məmmədov Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. Bu medal oğlunuzs, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib. Röyad kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!
Şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar təqdim edilib.
Görüşdə "Asiya.Az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov iştirak edib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"