Ermənistan təşviş içində

17:50 04-01-2021 | icon 331 | Cəmiyyət
Ermənistan təşviş içində

Sədərəyin Kərki kəndi də Azərbaycana qaytarılacaq

 

“Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi nəzərdə tutulur) də Azərbaycana qaytarılacaq”.

 

“Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə erməni politoloqlarından Hrant Melik-Şahnazaryan özünün “Facebook” səhifəsində bildirib.

 

“Bunu haradan öyrəndiyimi sourşmayın. Cavab internetdə var. Ay yarım əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatını oxuyun. Orada yazılıb ki, Yerasxa ilə yanaşı Paruyr Syak kəndində blokpost quraşdırılacaq. Sonra xəritədə Paruyr Syakı tapın və hər şey aydın olacaq”, - deyə o, əlavə edib.

 

O, həmçinin erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan sistemli şəkildə çəkilməsi prosesindən də söz açıb.

 

“Şurnuxun Sovet dövründə hansı ölkənin bir hissəsi olduğunu müzakirə etdiyimiz zaman, xain Nikol qoşunları Dağlıq Qarabağdan çıxarır. Uşaqları məzuniyyət bəhanəsi ilə Ermənistana gətirilir və sonra onlara deyilir ki, azərbaycanlılar əsgərlərin xidmət yerlərinə qayıtmasına icazə vermirlər. Və bu, mütəmadi olaraq təkrarlanır”, - deyə o, bildirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...