Şuşanın alınmasında iştirak edən - Məhəmməd Abdullayev

22:35 04-01-2021 | icon 771 | Cəmiyyət
Şuşanın alınmasında iştirak edən - Məhəmməd Abdullayev

Danışmağı, zəfərləri ilə öyünməyi heç sevməz

 

Qardaşımın oğlu, bibisinin aslan parçası Suqovuşandan Şuşaya şərəfli bir döyüş yolu keçib. Son durağı Qubadlı idi...

 
 
 
Abdullayev Məhəmməd Vüqar oğlu 1996-ci ildə Qax rayonunun Qaratala kəndində dünyaya göz açıb. 3-4 yaşlarında evlərin damına, ağacların başına dırmaşır, evdəkilərin ürəyini ağzına gətirirdi. Soruşanda ki, sən böyüyəndə kim olacaqsan, deyirdi "terrorçu". 2001-ci il 11 sentyabr hadisələrindən sonra evdə terror aktları, Bin Laden çox müzakirə olunurdu deyə, qulağında qalmışdı.
 
 
5-6 yaşlarında artıq güləşə gedirdi, sonra müxtəlif yarışlara qatılır, zəfərdən-zəfərə qoşurdu. Azərbaycan çempionu oldu, yığma komandada gənclər üzrə Avropa çempionatına getməliydi. Amma federasiyasının özümüzünküləri deyil, legionerləri qabağa itələmək siyasəti sayəsində gedə bilmədi. Ruh düşkünlüyünü məşqlərə davam etməklə aradan qaldırmağa çalışdı.
 
 
Rusiya və Türkiyənin müxtəlif idman klublarından dəvət aldı. Əvvəl pandemiya, sonra da müharibə imkan vermədi. Şuşanın alınmasında birbaşa iştirak edən o idmançı oğlanlardan biri də odur.
 
Danışmağı, zəfərləri ilə öyünməyi heç sevməz. Müharibənin getdiyi günlərdə hər döyüşdən sonra evdəkilərə zəng edib, "döyüşdən qayıtmışıq, salamatam, hər şey yaxşıdır" deməklə kifayətləndi.
 
 
Bu gün evə dönüb. Sağ-salamat, alnı açıq, üzü ağ. Onunla qürur duyuruq.
 
Vətən balalarımızın çiyinləri üzərində bərqərardır. Ölənlərə rəhmət, qalanlara can sağlığı diləyirəm!
 
 
Tanrı övladlarımızı bir daha qanla imtahana çəkməsin!
 
 
 
 
Ülkər Abdullayeva
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...