Komitə sədri Şəhid Zaur Nudirəliyevin ailəsi ilə görüşüb

13:19 05-01-2021 | icon 244 | Cəmiyyət
Komitə sədri Şəhid Zaur Nudirəliyevin ailəsi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı şəhidimiz Zaur Nudirəliyevin xanımı Nazilə Nudirəliyeva, övladları Pəri və Ömərlə görüşüb.

 

Versus.Az xəbər verir ki, Komitə sədri deyib ki Qəhrəman şəhidimiz Zaur Nudirəliyevin və onun silahdaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub:

 

"Şəhid polkovnikimiz tarixi qələbəmiz münasibətilə təsis edilmiş, Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi olan Vətən Müharibəsi Qəhrəmanı adını alıb. Qəhrəmanımız həmçinin “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı və bir sıra başqa medallarla təltif edilib. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər mü­nasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid ailələrinin üzvlərisiz. Sizə çox minnətdarıq! Sizi, gözəl övladlarınız Pərini, Öməri, bütün doğmalarınızı düşmən üzərində tarixi qələbə münasibəti ilə təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm"!

 

Q.Paşayeva N.Nudirəliyevaya və şəhidimizin övladlarına Mədəniyyət Komitəsi adından Məktub və üzərində "Qarabağ Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı