"Belə informasiyalar yanlış, ictimai rəyə yönəlmiş təbliğatdır"

14:09 05-01-2021 | icon 288 | Siyasət
"Belə informasiyalar yanlış, ictimai rəyə yönəlmiş təbliğatdır"

Bəhruz Məhərrəmli: "Atılan addımlar birinci növbədə Azərbaycanın maraqlarına xidmət edəcək"

 

“Regnum” saytının rus, erməni mənbələrinə istinadən yaydığı məlumata görə, Rusiya sülhməramlıları Rusiya-Xocalı uçuşlarını həyata keçirmək üçün Xocalı aeroportunu yanvarın 10-da istifadəyə verməyə hazırlaşır.

 

Məsələyə münasibət bildirən millət vəkili Bəhruz Məhərrəmli bildirib ki, Azərbaycan məlum üçtərəfli müqavilədə qalib, diqtə edən tərəfdir.

 

Onun sözlərinə görə, Xocalı və sülhməramlıların olduğu digər bölgələr Azərbayacanın beynəlxalq hüquqla tanınmış ərazisidir:

 

“Harda hansı aeroportun açılması, yaxud bağlanması hansı istiqamətdə, hansı infrastrukturun qurulması, yaxud dayandırılması Azərbaycanın suveren hüququdur. Və əgər üçtərəfli bəyanatda, yaxud bəyanata uyğun gələcəkdə hansısa yeni regional platformadan, yeni əməkdaşlıq xəttlərindən danışılırsa, heç də söhbət Azərbaycanın öz ərazilərini kiminsə istifadəsinə verməsindən getmir. Azərbaycan beynəlxalq hüquqa, beynəlxalq əməkdaşlığa öz konstitusiya əsasları ilə sadiq qalan dövlətdir. Ermənistan yalnız öz ərazisindən keçən kommunikasiya xətləri ilə bağlı danşa bilər. Azərbaycanın ərazisindən keçən istənilən infrastrukturla bağlı qərarları Azərbaycan özü verir”.

 

Millət vəkili hesab edir ki, belə informasiyalar yanlış ictimai rəyə yönəlmiş təbliğatdır. Onun fikrincə, bu barədə müfafiq dövlət strurkturlarının açıqlamasını gözləmək lazımdır:

 

"Bizim üçün mənbə aidiyyatı dövlət strükturlarının açıqlaması olmalıdır. Prezident nəyi nə zaman edəcəyini bilir. Azərbaycanda zəfəri kölgələyəcək addımlar atılmayacaq. Azərbaycanda sosial, iqtisadi, siyasi istiqamətlərdə atılan addımlar birinci növbədə Azərbaycanın maraqlarına xidmət edəcək, ikincisi bölgənin. Bu mənada Xocalı Azərbaycanın ərazisinin ayrılmaz bir hissəsidir. Yaxın 5 il ərzində sülhməramlılar fəaliyyət göstərəcəksə, istənilən halda bu, Azərbaycanın ərazilərində suveren hüququnu məhdudlaşdırmır”. /hafta.az/

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI