"Xocalı aeroportunun indiki şəraitdə açılması müzakirə mövzusudur”

14:35 05-01-2021 | icon 409 | Siyasət
"Xocalı aeroportunun indiki şəraitdə açılması müzakirə mövzusudur”

Asim Mollazadə: "Xocalı aeroportunun açılması regionda bütün addımların bir-biri ilə əlaqələndirilməsi şəraitində mümkündür"

 

“Regnum” saytının rus, erməni mənbələrinə istinadən yaydığı məlumata görə Rusiya sülhməramlıları Rusiya-Xocalı uçuşlarını həyata keçirmək üçün Xocalı aeraportunu yanvarın 10-da istifadəyə verməyə hazırlaşır. Erməni və rus mənbələri bu iddialarını onunla əsaslandırırlar ki, Ermənistan öz üzərindən Türkiyə və Azərbaycan hava yollarının uçuşuna icazə verdiyi üçün üçtərəfli sazişə əsasən  öhtəliyini yerinə yetirib. İdda olunur ki, Azərbaycan da Xocalı hava limanından uçuşlara icazə verməlidir. Əks halda, Azərbaycan bəyənnamədə göstərilən kommunikasiyaların açılması bəndini pozmuş olacaq.

 

Maraqlıdır, Azərbaycan Xocalı aeraportunun fəaliyyətinə icazə verməsə, hansı öhdəliyin pozulması sayılır və yaxud beynəlxal hüquq baxımından həmin aeraportun istifadəyə verilməsi qaydası necə tənzimlənir? Ümumiyyətlə, belə bir öhtəlik varmı?

 

Məsələyə münasibət bildirən millət vəkili Asim Mollazadə deyir ki, Xocalı aeroportunun Azərbaycana məxsus olması Beynəlxalq Aviasiya qurumu tərəfindən təsdiq olunub.

 

Onun sözlərinə görə, bu aeroportdan kimin, nə zaman istifadə etməsini, hara uçmasını Azərbaycan özü müəyyənləşdirir:

 

“Mən bu aeroport vasitəsi ilə hansı yüklərin Qarabağa gətiriləcəyi ilə bağlı Azərbaycanın Rusiya ilə danışıqlar aparmasını istisna etmirəm. Bu, ikitərəfli razılaşma əsasında ola bilər. Ermənistanın isə bu məsələyə heç bir aidiyyatı yoxdur”.

 

Millət vəkili üçtərəfli bəyannamədə kommunikasiyaların açılması ilə bağlı xüsusi bəndin olduğunu qeyd edib. Onun sözlərinə görə, həmin bənddə Naxçıvanla Azərbaycan arasında kommunikasıyaların açılmasına dair razılaşma var ki, bu da paralel olaraq Azərbaycanla Türkiyə arasındakı yolun açılması deməkdir:

 

“Düşünürəm ki, Azərbaycan da Ermənistan üçün müəyyən yolları aça bilər. Lakin bunun üçün Ermənistan bütün öhdəliklərə riayət etməlidir. İstisna deyil ki, Ermənistan bütün razılaşmalara riayət eləsə, Azərbaycan Ermənistan üçün də kommunikasiyaları aça bilər. Bu, Ermənistan sülh istiqamətində addımlar atılarsa, öz revanşist fikirlərinə son qoyarsa baş verə bilər. Təbii ki, bu proses Rusiya sülhməramlılarının nəzarəti ilə aparılmalıdır. Xatırlatmaq istəyirəm ki, Azərbaycan Prezidenti məhz Cənubi Qafqaz Platformasının, kommunikasiyaların açılmasının və regionda əməkdaşlığın tərəfdarı kimi çıxış edib. Bunun üçün də Ermənistan qonşu ölkələrə - Azərbaycana, Türkiyəyə, Gürcüstana qarşı olan ərazi iddialarına son qoymalıdır. Yalnız bundan sonara bölgədə sülh, əməkdaşlıq üçün bütün zəruri addımlar atıla bilər”.

 

Millət vəkili Xocalı aeroportunun açılması üçün regionda bütün addımların bir-biri ilə əlaqələndirilməsi şəraitində mümkün olacağını bildirib:

 

“Rusiya sülhməramlısı bölgədə bir sıra məsələlərin həllini öz öhdəsinə götürdüyünə görə, Ermənistanı razılaşmanın bütün bəndlərinə riayət etməyə məcbur edilməlidir. Xocalı aeroportunun indiki şəraitdə açılması isə müzakirə mövzusudur”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı