“Böyük ehtimalla ermənilərin iddiaları reallaşa bilər, çünki..."

14:52 05-01-2021 | icon 354 | Siyasət
“Böyük ehtimalla ermənilərin iddiaları reallaşa bilər, çünki..."

Ələsgər Məmmədli: "Xocalı aeroportundakı uçuşlarla bağlı qərarları Azərbaycan verə bilər"

 

“Regnum” saytının rus, erməni mənbələrinə istinadən yaydığı məlumata görə Rusiya sülhməramlıları Rusiya-Xocalı uçuşlarını həyata keçirmək üçün Xocalı aeraportunu yanvarın 10-da istifadəyə verməyə hazırlaşır. Erməni və rus mənbələri bu iddialarını onunla əsaslandırırlar ki, Ermənistan öz üzərindən Türkiyə və Azərbaycan hava yollarının uçuşuna icazə verdiyi üçün üçtərəfli sazişə əsasən  öhtəliyini yerinə yetirib. İdda olunur ki, Azərbaycan da Xocalı hava limanından uçuşlara icazə verməlidir. Əks halda, Azərbaycan bəyənnamədə göstərilən kommunikasiyaların açılması bəndini pozmuş olacaq. Maraqlıdır, Azərbaycan Xocalı aeroportunun fəaliyyətinə icazə verməsə, hansı öhdəliyin pozulması sayılır və yaxud beynəlxalq hüquq baxımından həmin aeraportun istifadəyə verilməsi qaydası necə tənzimlənir? Ümumiyyətlə, belə bir öhtəlik varmı?

 

Məsələyə münasibət bildirən Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, beynəlxalq uçuşlarla bağlı hər bir ölkəyə beynəlxalq kodlar verilir.

 

Onun sözlərinə görə, hər bir dövlətin öz ərazisi üzərindən uçuşa icazə verməsi hər bir ölkənin birbaşa suverenlik hüququdur:

 

“Əgər Azərbaycan öz təyyarələrini Ermənistan üzərindən rahat şəkildə aparırsa, Ermənistan da Azərbaycan üzərindən İrana, Türkmənistana uçan təyyarələrini tənzimləyə bilər. Amma Xocalı Azərbaycan ərazisidir və burdakı uçuşlarla bağlı qərarları Azərbaycan hökuməti verə bilər. Azərbaycana aid aeroportun istifadəsini bu cür şərtlərlə eyniləşdirmək olmaz”.

 

Hüquqşünas AZAL-ın dekabr ayında Xocalı aeroportuna beynəlxalq kod verməsi və uçuşların olacağı ilə bağlı yayılan məlumatlara istinad edərək bildirib ki, bu uçuşlar indiki şəraitdə baş verərsə, Azərbaycanın nəzarətində olmaya bilər:

 

“Böyük ehtimalla ermənilərin iddiaları reallaşa bilər. Çünki Rusiyanın da açıqlamaları var idi ki, Gəncə və Yerevan hava limanı çox uzaqdır və sülhməramlıların Xankəndinə aparacaqları yüklərin Xocalı hava limanında boşaldılması daha məqsədəuyğundur. Və bu məqsədlə Xocalı hava limanını yenidən qururlar. Düşünürəm ki, Azərbaycan bir an öncə bu cür iddialara açıqlama verməlidir”.

 

Hüquqşünas 44 günlük müharibədən sonra imzalanan bəyanata zidd olaraq sülhməramlılarla bağlı bir çox ziddiyyətli məqamların ortaya çıxdığını qeyd edib. Onun sözlərinə görə, əgər bəyanatda 1960 nəfər sülhməramlının gəlməsi qeyd olunurdusa, hazırda müxtəlif adlarda Qarabağa 5 mindən çox sülhməramlı gətirilib. Belə ki, üçtərəfli bəyanat qalıb kənarda, Rusiya orda öz çaldığını oxuyur:

 

“Bu aspektdə çox ciddi narahatçılıq var. Birinci ona görə ki, əgər Xocalı aeroportu açılarsa, Rusiya Azərbaycanın nəzarəti olmadan Azərbaycan ərazisindən rahat şəkildə istifadə edəcək. Bu birbaşa Azərbaycanın suverenliyinin tapdanmasıdır. Azərbaycanın kontrol etmədiyi hava limanına, kontrol etmədiyi yüklər gətiriləcək”.

 

Hüquqşünas hesab edir ki, Azərbaycan birinci növbədə hava limanında bütün nəzarəti öz əlinə almalıdır. Əgər öz ərazisindəki aeroporta nəzarət etməyəcəksə, onun istifadəsinə imkan verməməlidir:

 

“Əgər Azərbaycanın icazəsi olmadan Xocalı aeroportuna uçuşlar baş verərsə, Azərbaycan Hava Müdafiə Qüvvələri ordan uçan təyyarələri dərhal endirməlidir”. /hafta.az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI