İqbal Ağazadədən hökumətə ÇAĞIRIŞ

15:18 05-01-2021 | icon 318 | Siyasət
İqbal Ağazadədən hökumətə ÇAĞIRIŞ

"Vətəndaşımızı və onların vəziyyətini nəzərə alın, qərarlarınıza yenidən baxın"

 

"Heç bir səbəb olmadan yanacağın qiymətini qaldırmaq əhalinin həyat şəraitinə olduqca mənfi təsir göstərəcək, bütün növ ərzaq məhsullarının qiyməti əhəmiyyətli dərəcədə artacaq".

 
 
Versus.Az xəbər verir ki, bunu benzinin qiymət artımı ilə bağlı açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.
 
 
Partiya sədri vurğulayıb ki, onsuz da sosial cəhətdən müdafiəsi zəif olan vətəndaşlarımızın sayı kifayət qədərdir:
 
 
"Həm də pandemiya şəraitində bunu etmək kimə və nəyə xidmət edir? İnsanlar xəstəliklə yanaşı, yaşamaq uğrunda mübarizə aparırlar. İşsizlik, yoxsulluq insanlarımızı çətin duruma salıb. Belə bir vəziyyətdə qiymətləri aşağı salmaq, kommunal xərcləri - qaz, su, işıq pullarını - dövlət hesabına ödəmək, uşaqpulu verməyin yollarını aramaq əvəzinə, yanacağın qiymətini qaldırıb əhalinin vəziyyətinə əhəmiyyətli təsir edəcək qərarlar vermək hansı məntiqə sığır?"
 
 
İ.Ağazadə qeyd edib ki, hər kəs müharibənin emosional-psixoloji eyforiyasından ayrılıb xalqın dərdini və sosial vəziyyətini də düşünməlidir:
 
 
"Hər şey Azərbaycan insanı üçün olmalıdır. İnsanımız ağır durumdadır, sosial vəziyyət əksər ailələrdə dözülməzdir, işsizlik, pandemiya vətəndaşımızı yorub.
 
Hökumətə çağırış edirəm! - Bu tipli qərarları xalqın mənafeyi nəzərə alınmadan vermək heç bir ölçüyə sığmır. Vətəndaşımızı və onların vəziyyətini nəzərə alın, qərarlarınıza yenidən baxın. Belə olmaz!"
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin