“Lider” TV-nin binası partiyalara VERİLDİ

16:19 05-01-2021 | icon 445 | Cəmiyyət
“Lider” TV-nin binası partiyalara VERİLDİ

“Lider” TV-nin Şəfayət Mehdiyev küçəsi 83 ünvandakı binası siyasi partiyalara icarəyə verilib.


Versus.Az xəbər verir ki, bu barədə AĞ Partiyanın sədri Tural Abbaslı məlumat verib.

 

O qeyd edib ki, xeyli sayda partiya artıq yeni qərargahına köçməyə hazırlaşır:


“Siyasi partiyalar üçün ayrılan bir bina “Lider” TV-nin binası kimi tanınıb. Bundan başaqa, bir də Azadlıq prospektində yerləşən dövlət binasında ümumilikdə 17-18 partiyaya qərargah müəyyən edilib.



AĞ Partiya olaraq bizə, “Lider” TV-nin 5-ci mərtəbəsində təxminən 140 kv.metri əhatə edən ofis ayrılıb. Bina İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aid olduğuna görə, dövlət rüsumu ilə müqavilə imzalanıb. Dövlət rüsumu simvolik rəqəmdir, bu baxımdan ofisi bağışlanmış kimi də qiymətləndirmək olar. Çünki o böyüklükdə ofisin saxlamasına kifayət qədər maliyyə lazımdır və buna görə çətinlik yarana bilərdi. Yavaş-yavaş ofisə köçməyə başlamışıq”.


Müsahibimizin sözlərinə görə, ““Lider” TV-nin binasında AĞ Partiya ilə yanaşı, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Vəhdət Partiyası, Milli Həmrəylik Partiyası da daxil 10-a yaxın siyasi təşkilat yerləşib. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...