Koronavirusun gec sağalmasına təsir edən amil

09:39 06-01-2021 | icon 326 | Sağlamlıq
Koronavirusun gec sağalmasına təsir edən amil

Koronavirusa yoluxma zamanı xəstələrin gec sağalmasına təsir edən amillərdən biri də onların telefonla danışmalarıdır.

 

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Daxili Xəstəliklər üzrə türkiyəli uzman həkim Mustafa Çətin deyib.

 

Onun sözlərinə görə, koronavirus xəstələri nəfəs almaqla bağlı çətinlik yaşadıqları halda “kimləsə danışım, son sözlərimi deyim” düşüncəsində olurlar.

 

Yaxınları ilə uzun müddət telefonla danışmaq onların oksigen ehtiyaclarını və bu xəstəliyin əsas narahatlığı olan öskürəyi artırır:

 

“Xəstələrin fiziki fəaliyyətini azaltmaqla yanaşı, həddindən artıq ünsiyyət, pis düşüncələr və ya kədərləri bildirmək xəstənin motivasiyasını tamamilə aşağı salır. 45-50 yaşlarında, heç bir xəstəliyi olmayan xəstəmiz “ölüm qorxusu var” deyərək ağlayır.

Çünki burada atmosfer təəssüf ki, bir az fərqlidir. Bununla yanaşı tənəffüs çatışmazlığından əziyyət çəkən xəstələrin vəziyyətini nəzərə almalıyıq. Həddindən artıq ünsiyyət xəstələrdə COVID-19-un fiziki sıxıntısı ilə yanaşı psixi problemlərə də səbəb olur”.

 

Həkim bildirib ki, koronaviruslu xəstələrin az hərəkət etmələri, çox dincəlmələri lazımdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...