“Dr. Dre” təxəllüsü ilə tanınan amerikalı repçi və prodüser Andre Romell Yang beyin anevrizmasına (beyindəki qan damarının şişməsi) görə reanimasiyaya düşüb.
Bu barədə TMZ sənətçinin yaxınlarına istinadən xəbər verir.
Bildirilir ki, 55 yaşlı repçi bir gün əvvəl Los-Ancelesdəki “Cedars-Sinai” Tibb Mərkəzinə aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər qanaxmanın dəqiq səbəbini araşdırırlar.
Qeyd edək ki, Yanq hazırda çətin boşanma prosesindən keçir. Növbəti iclas yanvarın altısına təyin olunmuşdu.