Komitə sədri Dövlət Akademik Dram Teatrının qazi əməkdaşları ilə görüşüb

11:36 06-01-2021 | icon 280 | Mədəniyyət
Komitə sədri Dövlət Akademik Dram Teatrının qazi əməkdaşları ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Dövlət Akademik Dram Teatrının qazi əməkdaşları Rüfət Çingiz oğlu Cabbarov və Tərlan Vüqar oğlu Əsgərli ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Q.Paşayeva Vətən Müharibəsinin qazisi olan mədəniyyət işçilərini ölkəmizin tarixi qələbəsi münasibətilə təbrik edib:

 

"Sizi işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə ürəkdən təbrik edir, Milli Məclisin Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan ən xoş diləklərimi yetirirəm!

30 il müddətində işğalçılara qarşı döyüşlərdə və erməni terroru nəticəsində həlak olmuş mədəniyyət işçilərimizin ruhunu ehtiramla yad edir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.

Sizi, Sizin timsalınızda çiyin-çiyinə vuruşduğunuz hərbçilərimizi, habelə, teatrınızın əməkdaşlarını bir daha tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm! Siz bu ilin sentyabr ayında, qismən səfərbərliklə bağlı Prezident Sərəncamına əsasən Ordu sıralarına çağırılmısız. Düşmənlə döyüşlərdə mərdliklə vuruşmusuz. Sizin xilaskarlıq missiyanız tapdaq altında qalmış şəhər və rayonlarımızda dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, teatrların da bərpası, təmiri üçün imkanlar açıb. Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk. Sizi bir daha tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm!"

 

Q.Paşayeva R.Cabbarov və T.Əsgərliyə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərinə "Qarabağ Azərbaycandır!" yazılmış qol saat təqdim edib. Dövlət Akademik Dram Teatrının qazi əməkdaşları səmimi qəbul üçün Komitə sədrinə təşəkkürünü bildirib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb