Xankəndi şəhəri 1920-1930-cu illərdə - FOTO
XVIII əsrin sonunda İbrahimxəlil xanın (1732-1806) əmri ilə yaradılan və xanlığın paytaxtı Pənahabadın (Şuşa şəhəri) yaxınlığında yerləşən Xankəndi adından da göründüyü kimi (Xanın kəndi) Qarabağ xanlarının istirahət iqamətgahı olub.
Bundan əlavə, xanın dünya şöhrətli Qarabağ atlarının saxlandığı tövlələri də Xankəndidə yerləşib.
Xankəndi XIX əsrin ortalarında Qarabağ xanlığının 1805-ci ildə Rusiya İmperiyasına birləşdirilməsindən, 1822-ci ildə xanlığın ləğvi və Rusiya vilayətinə çevrilməsindən sonra praktik olaraq öz istirahət iqamətgahı dəyərini itirən kiçik bir kənd idi.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci illərdə gələn əhalinin yerləşməsi üçün kənd sürətlənmiş bir templə şəhərə çevrilməyə başladı.
Versus.Az Azerhistory.com-a istinadən sovet hakimiyyətinin ilk illərindəki Xankəndinin fotolarını təqdim edir:
1920-ci illər. Asfalt zavodu
1920-ci illərin ikinci yarısı. Mərkəzi şəhər meydanının salınması
1929-1930-cu illər. Şəhərin mərkəzi panoraması
1929-1930-cu illər
1929-1930-cu illər. Şəhər mərkəzi
1930-cu illər. XIX əsrin sonları - XX əsrin əvvəllərinə aid bina
1920-1930-cu illər. 19-cu əsrə aid tikili
1930-cu illər. İnqilabdan əvvəlki tikililər olan küçə
1930-cu illər. İkimərtəbəli bina
1930-cu illər. 19-cu əsrin sonlarında yaşayış binası
1930-cu illər. 2 nömrəli uşaq bağçası
1930-cu illər. Formalaşmaqda olan şəhər meydanında 19-cu əsr pravoslav kilsəsi
1930-cu illər. Raikulttorq mağazası 19-cu əsrin sonlarında bir binada
1930-cu illər. 1 May nümayişi
1936 il. Uşaq bağçası gəzintidə
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"