Şəhid valideynləri ilə görüşlər davam edir
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Qızılağac kənd sakini sakini, şəhid əsgər Cavad Babayevin atası Gülverdi Babayevlə görüşüb.
Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Əziz şəhid atası, Siz, Vətən uğrunda igidliklə döyüşüb, öz canını fəda etmiş əsgərimizin atasısız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana doğmadır. Biz bilirik ki, sizin oğlunuz Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. Oğlunuz, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fədakarlıqla iştirak edib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib. Cavad kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Tanrıya şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!
Şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar təqdim edilib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"