Qətnamə qəbul olundu

12:11 06-10-2018 | icon 459 | Cəmiyyət
Qətnamə qəbul olundu

Azıxantropun aşkar edilməsinin 50 illiyinə həsr olunan konfrans öz işini başa vurub.

 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan Versus.Az-a verilən məlumata görə, “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları Mingəçevir şəhəri yaxınlığında yerləşən Qaraca paleolit düşərgəsinə arxeoloji səfər ediblər.

 

Qonaqlar abidədə milyon il əvvələ aid qədim insanlar tərəfindən hazırlanan çoxsaylı daş alətlərə və daşlaşmış ağac qalıqlarına baxış keçiriblər.

Sonra REA MMTİ-nin Eksperimental laboratoriya şöbəsinin baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Yevgeni Girya qədim insanlar tərəfindən daş alətlərin hazılanma üsulunu nümayiş etdirən eksperiment keçirib.

 

Daha sonra iştirakçılara konfransın yekun qətnamə layihəsi oxunub.

Yekdilliklə qəbul olunmuş qətnamədə konfrans nümayəndələri Qafqazın əsas erkən paleolit abidələrindən biri kimi Azıx mağara düşərgəsinin böyük elmi önəmini yekdilliklə bildirib, son illərdə Azərbaycanda aparılan arxeoloji tədqiqatların səviyyəsini yüksək dəyərləndiriblər.

 

Qeyd edək ki, oktyabrın 5-də işini yekunlaşdıran konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.

 

Cəsarət Pənahaliyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI