DİN nümayəndələri insidentə görə şəhid ailələri ilə görüşdü

20:59 06-01-2021 | icon 213 | Cəmiyyət
DİN nümayəndələri insidentə görə şəhid ailələri ilə görüşdü

Daxili İşlər Nazirliyinin nümayəndələri dünən Səbail rayonunda toplaşan və həmin zaman polislərlə onlar arasında insident yaşanan şəhid ailələri ilə görüşüblər.

 

Versus.Az xəbər verir ki, bu gün DİN-in yüksək rütbəli əməkdaşları və müvafiq rayon icra hakimiyyətinin başçısı həmin beş şəhid ailəsi ilə təklikdə görüşərək onların problemləri ilə maraqlanıblar.

 

Onlar bildiriblər ki, hazırda heç bir problemləri və narazılıqları yoxdur, dövlət onlara lazım olan bütün köməkliyi və qayğı göstərir.

 

Həmin ailələlərin nəzərinə çatdırılıb ki, toplaşma zamanı istəmədən kobud ifadə işlədən polis əməkdaşı özü də Ağdam rayonundan məcburi köçkün və şəhid oğludur. Həmin polis əməkdaşının atası da Birinci Qarabağ Müharibəsində şəhid olub. Onun atasının dəfn edildiyi ərazi isə ermənilər tərəfindən işğal edilib və qəbiristanlıq dağıdıldığı üçün hazırda həmin polis əməkdaşının atasının məzarı yoxdur. 


Şəhid ailələri göstərilən diqqətə görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, toplaşma zamanı şəhid anası övladının Qaradağ rayonunda kənar bir qəbiristanlıqda dəfn edilməsinə etiraz edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı