Fizioterapeya xəstəni uzun müddət cərrah bıçağından xilas edə bilir

09:48 07-01-2021 | icon 752 | Sağlamlıq
Fizioterapeya xəstəni uzun müddət cərrah bıçağından xilas edə bilir

Nərminə Abbasova: “Fizioterapiya müalicəsi ən təhlükəsiz müalicə vasitəsidir”

 

“Fizioterapiya fiziki amillərdən istifadə etməklə mualicə və profilaktika tədbiridir. Fizioterapiya təbii amillərlə müalicə deməkdir”.

 

Bunu Versus.Az-ın oxucularını fizioterapiyanın üstünlükləri ilə bağlı məlumatlandıran Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA deyib.

 

Nərminə Abbasova öncə onu qeyd etdi ki, bir çox xəstəliklərdə fizioterapiya tətbiq olunur. Onun sözlərinə görə, fizioterapiya əsasən Oynaq - onurğa birləşdirici toxuma xəstəlikləri; Osteoartroz - podaqra, artritlər, osteoxondrozlar, onurğanın degenerativ dəyişiklikləri, protruziyalar, yırtıqlar, travmatik zədələnmələr, əməliyyatdan öncə və sonrakı xəstələr, fibromialgiyalar, postur pozğunluqları, oskut-şlatter xəstəliyi; Sinir - əzələ xəstəliklərində – nevrozlar, miqren, reyno xəstəliyi, miopatiyalar, miostimulyasiyalar, parezlər; Pediatrik xəstəliklərdə – enurez, raxit - d vit hipovitominozu, skolioz, kifoz, lordoz, tez -tez xəstələnən uşaqlar, uşaq serebral iflicləri və sair xəstəliklərdə tətbiq olunur.

 

Həkim-terapevt bildirib ki, Fizioterapiya bölümünün əsas məqsədi xəstənin patologiyasına əsaslanaraq fiziki sağlamlığını bərpa edib normal həyat keçirməsinə imkan yaradır:

 

Fizioterapiya tibbin müalicə vasitələrindən biridir. Bu müalicə vasitələri şüalar və insan orqanizminə təbii faktoprların süni yollarla tətbiq edilməsindən asılıdır. Fizioterapevtik müalicə üsullarından qədim dövrlərdən istifadə edilir. Fizioterapiya sahəsində hava vannaları, su ilə müalicə, mineral sularla müalicə, süni günəş işığı vasitəsilə müalicə, isti və ya soyuqla müaicə, elektriklə müalicə, elektromaqnitlə müalicə, təzyiqlə müalicə (baroterapiya), mexaniki təsirlərlə müalicə, massaj, banka qoyma, müalicə bədən tərbiyəsi, buğa vermə metodlardan istifadə edilir”.

 

 

Nərminə xanım qeyd etdi ki, fizioterapiyanın lazerlə müalicə, diadinmoterapiya, amplipulsterapiya, transkranial və mikropolyarizasiya, miostimulysiya, müxtəlif nexaniki təsirlərlə qızdırıcı şüalanma və krioperatiya şöbələri var:

 

“Fizioterapiyanın sadaladığım bütün şöbələrinin hərəsinin özünəməxsus müalicə üsulları var. Fizioterapiya sahəsində geniş istifadə edilən elektrofarez və fonofarez müalicəsi isə fizioterpiya və farmokolgiya sahaləri arasında qalan müalicə vasitəsidir. Qeyd edim ki, bu müalicə zamanı dərman preparatları insan orqanizminə elektriklə dəridən ötürülür. Müalicə zamanı dərialtı toxumalara ultrasəs və ya elektriklə dərman preparatlarının ötürülməsi dərman preparatlarının orqanizmin istənilən sahəsinə yerli olaraq tətbiq edilir”.

 


Həkim-terapevt deyir ki, fizioterapiya müaalicəsi biologiya, fizika, kimya, elektro-radiotexnika, biofizika, biokimya və kurort müalicələri ilə bağlı olan bir sahədir:

 


“Fizioterpiya müalicəsinin məqsədi hansısa bir xəstəliyin müalicəsini ən yüksək şəkildə əldə etməkdir. Bu zaman müalifə fiziki faktorlarla həyata keçirilməsinə baxmayaraq, istifadə olunan dərman preparatlarının normada olmaması müalicənin effektini azaldır. Bu zaman hətta xəstələrdə yanaşı təsirlər də meydana çıxmağa başlayır.
Bəzi xəstəliklər var ki, onların müalicəsi zamanı fizioterapiyadan istifadə eləmək xəstəni cərrahi əməliyyatlardan xilas edir. Uzun müddət
 fizioterapevtik və reabilitasiya müalicəsi xəstəni cərrah bıçağından xilas edə bilir”.

 

Həkim bildirdi ki, müasir günümüzdə fizioterapiya müalicəsi ən təhlükəsiz müalicə vasitəsi hesab edilir:

 

 

Fizioterapiya müalcəsi zamanı digər müalicələr kimi hər şey - xəstəliyin adı, xəstəliyin ağırlıq dərəcəsi, xəstəliyin tarixi və xəstənin vəziyyəti, xəstənin yaşı, cinsi, xəstənin fiziki və psixi xüsusiyyətləri, xəstənin yaşayış yeri qeyd olunmalı və diqqətdə saxlanılmalıdır.

Ginekologiya, urologiya və zöhrəvi xəstəliklərə fizioterapevtik müalicə tətbiq edildikdə onlara fərdi yanaşılır. Müalicənin müddəti xəstəliyin başlanma tarixindən və ağırlıq dərəcəsindən asılı olur. Hamilələrə və azyaşlı uşaqlara diqqətlə yanaşma tələb olunur.

 


Nərminə xanım qeyd etdi ki, fizioterapevtik müalicə xəstənin sağalmasını sürətləndirir və onun nadir hallarda fəsadları meydana gəlir:

 


“Müalicə bədən tərbiyəsi xəstələrin sağalmasına müxtəlif idman hərəkərlərinin tətbiqi ilə fayda verir. Massaj bədənin istənilən nahiyəsinə tətbiq edilməklə sağalmanı sürətləndirir. Müalicə məqsədilə müxtlif massaj növlərindən (vibrasiyalı, vakkumla, dairəvi, döyəcləmə və s.) istifadə edilir.

Bir daha xatırladım ki, fizioterapiyada məqsədi xəstəliklər və ya pozuntular nəticəsində funksional məhdudiyyətləri olan xəstələrin funksional qabiliyyətlərinin və həyat keyfiyyətlərinin yaxşılaşdırılması və bərpasıdır”.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova sizi fizioterapiya ilə müalicə üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...