"Məmurlar şəhid ailələrini, qaziləri incitməklə məşğuldular"

10:10 07-01-2021 | icon 241 | Siyasət
"Məmurlar şəhid ailələrini, qaziləri incitməklə məşğuldular"

Hafiz Hacıyev: "Böyük qələbəmizə kölgə salanların əlləri kəsilməlidir, asılmalıdırlar"

 

“Azərbaycan hakimiyyətinin daxilində olan məmur təbəqəsi bu gün müharibədə əziyyət çəkən, can verən, şikəst olan qazilərimizi incitməklə məşğuldurlar. Bunlar istəyirlər ki, ordunu nüfuzdan salsınlar”

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
 
 
Partiya sədri bölgələrdə icra başçılarının şəhid və qazi ailələrimizə diqqətsizliyini tənqid edib:
 
 
“Azərbaycan hakimiyyətinin daxilində olan məmur təbəqəsi bu gün müharibədə əziyyət çəkən, can verən, şikəst olan qazilərimizi incitməklə məşğuldurlar. Bunlar istəyirlər ki, ordunu nüfuzdan salsınlar. Yəni bu hakimiyyətin içində o qədər nadürüstlər var ki, ancaq bütün günü bu işlərlə məşğuldurlar. Bu adamların əlləri kəsilməlidir, asılmalıdırlar. Onlar Ali Baş Komandanın 44 günlük qələbəsinə kölgə salmaqdan ötrü var qüvvələrini işə salıblar. Bu isə çox ciddi məsələdir. İndi elə yanımda iki adam var, onlar da şikayət edirlər, onlara baxan yoxdur. Biz bunları kimlərə deyiriksə, qulaqları kardır, eşitmək istəmirlər. Ona görə də ictimaiyyəti bu məsələyə yönləndirmək lazımdır. İndiki məmur təbəqəsinə nə var ki, onların bir övladları gedib erməni qohumlarına güllə atmadılar, heç atmayacaqlar da. Onlar da bu gün qohumlarına güllə atan, erməniləri torpaqlarımızdan qovan qazilərimizi incitməklə demək istəyirlər ki, niyə gedib bizim qohumlarımızı gəbərdib, torpaqlarımızdan çıxartdınız. Biz həmişə bu problemləri demişik, amma başqaları bunları deyib özünü pis etmək istəmir. İndi neyləmək olar ki, taleyimiz belə gətirib, içimizdəki olan o beşinci kalon, onun bu günə qədər hakimiyyətdə olan icra başçıları Ali Baş Komandanın bu qələbəsinə sevinmək əvəzinə, sanki yasa batıblar. Biz gərək buna imkan verməyək. Allahdan bu adamlara cəza istəyirəm ki, heç olmasa Allah onları cəzalandırsın. Ali Baş Komandanın bu gün o qədər böyük işlərə başı qarışıb ki, onları cəzalandırmağa vaxtı yoxdur”. /Moderator.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”