DTX-nin həbs etdiyi icra başçısının kadrları işdən çıxarıldı
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iki şöbə müdirini işdən çıxarıb.
Unikal.org-un məlumatına görə, F.Qürbətovun əmri ilə, Biləsuvar RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zakir Şahbazov və hüquq şöbəsinin müdiri Şahin İsgəndərov tutduqları vəzifədən azad olunublar.
Hələlik onların yerinə təyinat yoxdur.
Qeyd edək ki, hər iki vəzifəli şəxs Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbs etdiyi Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev tərəfindən sözügedən vəzifələrə təyin olunmuşdular.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"