Bakıda Olimpiadaya lisenziya verən yarış ləğv edildi

11:52 07-01-2021 | icon 277 | İdman
Bakıda Olimpiadaya lisenziya verən yarış ləğv edildi

Beynəlxalq Cüdo Federasiyası bu il Olimpiadaya qədər keçiriləcək Böyük Dəbilqə turnirlərinin siyahısını tərtib edib.

 

Versus.Az-ın xəbərinə görə, hər il mayın əvvəllərində Bakı keçirilən Böyük Dəbilqə turniri ləğv olunub. Onun yerinə analoji turnir Fransada keçiriləcək.

 

Belə ki, bu il Böyük Dəbilqə turnirləri İsrailin paytaxtı Təl Əvivdə (18-20 fevral), Özbəkistanın paytaxtı Daşkənddə (5-7 mart), Gürcüstanın paytaxtı Tbilisidə (26-28 mart), Türkiyənin Antalya şəhərində (1-3 aprel) və Fransanın paytaxtı Parisdə (8-9 may) keçiriləcək. Olimpiadaya qədər son ciddi yarış isə Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək dünya çempionatı (6-13 iyun) olacaq.

 

Qeyd edək ki, Böyük Dəbilqə yarışları Olimpiadaya lisenziya xalları qazandıran turnirlərdir. Ötən il Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri 8-10 may tarixlərində keçirilməli olsa da, yarış pandemiya səbəbindən ləğv olunub. Bakıda bu turnirin ləğvi ənənəvi olaraq onun ardınca keçirilən paracüdo üzrə Qran-Prinin də keçirilməyəcəyi anlamına gəlir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol