“Bununla da Xocalı aeroportu bağlanacaq”

13:15 07-01-2021 | icon 290 | Siyasət
“Bununla da Xocalı aeroportu bağlanacaq”

Məhəmməd Əsədullazadə: “Azərbaycan bundan sonra Xocalı aeroportunun əhəmiyyətini tam sıfıra endirəcək”

 

“Dövlət başçısı İlham Əliyevin qısa bir vaxtda Füzulidə bəynəlxalq aeroportun tikilib istifadəyə veriləcəyini qeyd etməsi strateji əhəmiyyət kəsb edir. Bununla da Xocalı aeroportu bağlanacaq”.

 

Versus.Az xəbər verir ki, bunu şərhində MCP sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

 

Politoloq bildirib ki, Xocalı aeroporotu kiçik tutumlu təyyarələri qəbul edir və müasir standartlara cavab vermir:

 

“Hazırda orada bizim nəzarətimiz olmasa da, hava məkanı Azərbaycanın nəzarətindədir və oradan uçuşlar mümkün deyil. Hətta Paşinyan istəsə belə bundan sonra Helikopterlə Xocalı aeroportuna gələ bilməz. Dərhal havada məhv edilər”.

 

M.Əsədullazadə eyni zamanda Rusiya tərəfinin "sülhməramli" qüvvələrinin lojistik dəstəyi üçün Xocalı aeroportunun açılmasında israrlı olduğunu önə çəkib. Bildirib ki, Rusiya kiçik tutumlu hərbi nəqliyyat təyyarələrinin bura eniş etməsinə çalışır:

 

“Azərbaycan buna razılıq vermir. Çünki bu, siyasi-strateji əhəmiyyət kəsb edir. Azərbaycan buna icazə verərsə, müəyyən fəsadları mümkündür”.

 

M.Əsədullazadə xatırladıb ki, Rusiya faktiki olaraq beş il ərzində Qarabağda olacaq. O, məhz bu səbəbdən Füzuli aeroportu açılandan sonra Azərbaycanın nəzarəti altında Rusiya təyyarələri bura eniş edəcəyini vurğulayıb:

 

“Nəzərə alaq ki, Türkiyə hərbiçiləri də Qarabağdadı və Füzuli aeroportuna Türkiyə hərbi təyyarələridə eniş edəcək. Buradakı hərbiçilərinin təminatını hər iki ölkə  qısa vaxtda təmin etmək iqtidarında olacaq. Xocalı aeroporotundan isə təktərəfli Rusiya istifadə edəcəkdir.

Azərbaycan bundan sonra Xocalı aeroportunun əhəmiyyətini tam sıfıra endirəcək və ümumiyyətlə adi bir Helikopter uçuşuna icazə verməyəcək. Bu, aeroportu beynəlxalq aviasiya sistemindən çıxaracaq. Füzuli aeroportu Qarabağ zonasında bir beynəlxalq aeroport olacaq”.

 

Dağlıq Qarabağda ermənilərin fəaliyyətinə gəldikdə isə, politoloq qeyd edib ki, onlara heç bir vaxt status verilməyəcək. Onun sözlərinə görə, Arayik Arutunyan, Vitaliy Balsanyandan istifadə edən Rusiya bir müddətdən sonra fakt qarşısında qalıb Azərbaycan və Türkiyə ilə birgə ciddi əməkdaşlığa getməsi qaçılmazdır:

 

“Laçın dəhlizinə vizual və siyasi nəzarət, həmçinin Xocavənd rayonu, Şuşa ətrafı ərazilər hərbiçilərimiz tərəfindən nəzarətə alınır. Ermənilər üçün artıq burada yaşamaq çox çətin olacaq.

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qəti siyasi iradəsi yoxdur. Sadəcə, Rusiya burada müəyyən rollar oyanır. Bunun da qarşısı alınacaq. Azərbaycan və Türkiyə çox ciddi şəkildə regionda öz mövqeyini gücləndirir”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin