Qarabağlı sənətçilərdən Prezidentin sorğusuna CAVAB

09:17 08-01-2021 | icon 635 | Mədəniyyət
Qarabağlı sənətçilərdən Prezidentin sorğusuna CAVAB

“Bu insanların böyük əksəriyyəti kənd yerlərindən didərgin salınıb, ancaq nədənsə məskunlaşma şəhərlərdə aparılıb. Əlbəttə ki, bu insanları yenə də rayon yerlərinə qaytarmaq üçün xüsusi proqram olmalıdır. Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik”.

 


Bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində danışarkən deyib.


Versus.Az
 xəbər verir ki, Modern.az bu sorğunu Qarabağın məşhur simalarına ünvanlayıb.


Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov:

“Mənim Ağdamda ata evim var. Amma, əlbəttdə ki qarabağlı olaraq, orada keçirilən bütün lahiyələrdə, tədbirlərdə iştirak edəcəm”.


Füzulidən olan Əməkdar artist Süleyman Abdullayev:

“Yaşlı olduğum görə, bəlkə də orada özümə şərait qurmaq üçün ömrüm çatmaz. Amma yollar təmizlənsin, oranı gəzmək arzumdur. Allah möhlət versə, əlbəttə yaşayaram”.


Cəbrayıldan olan Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Yaqut Abdullayeva:


“Mən o torpaqlara dizin-dizin gedərəm. Həmin torpaqlardan öpüb, ata-baba yurdumu gəzərəm. Bu xoşbəxtçiliyi bizə yaşatdığı üçün İlham Əliyevə təşəkkür edirəm”.

Kəlbəcərdən olan xanəndə Babək Niftəliyev:

“O torpaqlarda qan tökülüb. Neçə-neçə igidlərimiz Qarabağ uğrunda şəhid, qazi olub. Əlbəttdə, gedərəm. Ora bizim dədə-baba yurdumuzdur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...