Türkiyə kosmosa peyk göndərir

09:26 08-01-2021 | icon 249 | Dünya
Türkiyə kosmosa peyk göndərir

"Türksat 5A" peyki bu gün yerli vaxtla saat 04:28-də orbitə buraxılacaq.

 

Versus.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

 

"Türksat"ın fəaliyyətlərini fasiləsiz davam etdirdiyini vurğulayan A.Karaismailoğlu "Türksat 5A"-nın bu gün, 2021-ci ilin ikinci rübündə isə "Türksat 5B" və 2022-ci ildə "Türksat 6A"-nın istifadəyə veriləcəyini qeyd edib.

 

Nazir onu da əlavə edib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ilində Türkiyə dünyada süni peyk istehsal edən 10 ölkə arasında yer alacaq.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peykin orbitə buraxılması ilə bağlı rəsmi feysbuk səhifəsində paylaşım edib.

 

“Türksat 5A kosmosdan bizə ilk salamını inşallah sabah verəcək. Xeyirli-uğurlu olsun”, - deyə Ərdoğan yazıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı