Bu, Vətənə manıs gözü ilə baxmaqdır

09:45 08-01-2021 | icon 3407 | Köşə
Bu, Vətənə manıs gözü ilə baxmaqdır

Silahlı Qüvvələrə dəstək - qazini verilişə çağırıb sərsəm suallar vermək deyil

ELÇİN ALIOĞLU

 

Əsgəri əsgər edən çox məqam var və onlardan biri də musiqidir, mahnıdır. Bunu ta əksi dönəmlərdə anlayıblar. Şumerdə, Babilistanda ordular döyüşə musiqi ilə gedərdilər.

 
 
Osmanlı Türkiyəsində əsgərə ruh verən "Ceddin deden" idi. "Mehteran" adlanan hərbi musiqiçilərin ifasında möhtəşəm səslənən bu yeniçəri marşını eşidəndə düşmənlər belə, ruş düşkünlüyünə qapılırdılar.
Hətta Balkan savaşlarından birində "Əvvəlcə o dəstəni öldürün!" əmrini vermişdi düşmən sərkərdəsi.
İkinci Düyna Savaşının musiqisi isə "Vstavay, strana oqromnaya" oldu. Bu mahnını eşidəndə sovet insanının yumruğu sıxılır, qəlbi intiqam, savaş hissi ilə döyünürdü.
 
 
Bəs bizdə, varmı belə mahnılar?
 
Savaşla bağlı mahnılarımız iki tipdədir: ya "pianissimo" üzəridə köklənmiş kədərli, qəmli izhar, ya da "fortissimo" üzərindəki "vurçatlasın". Ortada qalan, barraj vuran isə marşlardır. Belə kədərlə, bravurluqla, marşla əsgəri döyüşə sövq etmək olmaz, mümkün deyil.
 
 
Telekanallarda şəhid ailələrindən reportajlara baxıram... Və telekanal rəhbərlərinə deyirəm: o ailələrə əməkdaşlarınızı göndərib şəhidin ailə üzvlərini ağlatmayın. Tam əksinə, reportaja baxanlar qürurlanmalı, şəhidlə fəxr etməlidir...
 
Zatən şəhidlər sonsuz qürur və fəxarət mənbəyimizdir.
 
 
Bəstəkarlarımız, şairlərimiz, telekanallarda çalışanlarımız bu işə mümkün qədər ciddi yanaşmalıdır.
Silahlı qüvvələrimiz nə İran ordusudur, nə də ərəb qoşunu: ağlaşma, sıtqama, "mən şəhid oldum", "ölməyə hazırıq" və s. tipli matəm aşılayan kəlmələri unudur.
 
Əsgər savaşa ölməyə yox, düşməni öldürməyə gedir. Bu qədər bəsit.
 
 
Ölmək asandı - Vətən üçün yaşamaq, vuruşmaq, düşməni cəhənnəmə vasil eləmək çətindir.
Xanəndələri və müğənniləri yığıb Şuşaya aparmaq, sonra da videolar paylaşıb "Şuşada möhtəşəm ifa!" deyib ekstaza gəlmək də vətənpərvərlik deyil. Bu, Vətənə manıs gözü ilə baxmaqdır, əzizlər.
Orduda ideoloji iş plakatları nümayiş etdirmək, pafosla danışmaq, şəhidlər barədə gurultulu çıxışlar etmək deyil.
 
 
Ordunu sevmək iki gözünü itirmiş qazi rayon icra hakimiyyətinin başçısının qəbuluna gedəndə, saatlarla qəbul otağında gözlədilməsi deyil (Həmin ikiayaqlı məxluqat başçının adını iyrəndiyimdən yazmıram).
 
Silahlı Qüvvələrə dəstək vermək qazini verilişə çağırıb "Ay can, can, necə oldu yaralandın?" kimi sərsəm suallar vermək deyil.
 
Vaxtımız olanda "Ceddin deden"ə və "Vstavay, strana oqromnaya"ya bir daha qulaq asaq.
Anlayaq. Çünki savaşlar var öndə.
 
 
Savaşmayan millət savaşlarda məhv olur.
 
Damarlarımızda cahangir babalaramızın qanı axır.
 
Unutmayaq...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı