“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

15:41 09-01-2021 | icon 598 | Siyasət
“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

Hafiz Hacıyev: "Kimsə bir iş görməyə başlayanda lağlağı edir ki, gedib partiya yaradacam"

 

Hazırda ölkəmizdə rəsmi qeydiyatdan keçən 50-dən artıq siyasi partiya mövcuddur. Siyasi partiyaların çoxluğu ətrafında müxtəlif fikirlər səslənməkdədir. Maraqlıdır, 50-dən artıq partiyanın fəaliyyət göstərməsinə ehtiyac varmı?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, dəfələrlə hər küçədən keçənin partiya adından istifadə eləməsinin düzgün olmadığını deyib və bu gün də həmin fikirdədir:

 

"Elə adamlar partiya yaradıb ki, orda özündən və papqasından başqa heç kim yoxdur. Bir-iki nəfər qohum-əqrabasını ətrafına yığıb partiya yaratdığını bəyan edir. Vaxt var idi xırda koperativlər yaranırdı, indi də siyasi partiyaların yaranması dəbə düşüb. Mən siyasi partiyaların bu cür çoxalmasını qəbul etmirəm. Hər yetəni partiyaya qəbul etmək olmaz. Partiya bir institutdur. Ölkənin taleyüklü məsələlərində mühüm rol oynayan siyasi təşkilatdır. Adını partiya qoyur, sonra da bir hadisə olan kimi xarici ölkələrə bəyanat verir. Kim nə bilir ki, həmin hökumət əleyhinə bəyanat yayan partiyanın heç bir-iki üzvü də yoxdur. Həmin partiyalar ölkədə sabitliyin pozulmasında, müəyyən etirazların meydana çıxarılmasında rol oynaya bilər. Məsələn, mənim vaxtilə partiyaadan qovduğum adam, bu gün gedib partiya yaradıb qeydiyyatdan keçir. Hansı ki, hörmətsiz, nüfuzdan düşmüş  əxalaqsız bir adam olub. Buna yol vermək olmaz. Bu baxımdan hesab edirəm ki, bu istiqamətdə aparılan siyasətə ciddi yanaşılmalıdır. İndi bəziləri gedib partiya yaradır, bəziləri də gedib internet kanalı yaradıb ağızlarına gələni danışırlar. Bu, partiyaların nüfuzdan salınmasına yönəlmiş bir addındır.

 

MMP sədri partiyaların çoxluğunun demokratiyanın prinsipləri kimi təqdim edilməsi fikrinə də toxunub:

 

"Demokratiya anarxiya deyil. Demokratiya o demək deyil ki, kim yerindən dursa, nə istəsə etməlidir. İndi görürsüz də biri var - atasızdır, atalıdır, bilmirəm, düşüb küçələrdə onun bunun üstünə gedir ki, “ay gördüm, falan”. Bu cür adamları partiya adından cəmiyyətə sırımağa dəyməz. Sabah Prezident siyasi partiyalarla görüş keçirmək istəyəndə kimlər ora çıxacaqdır. Neçə illərdir Azərbaycanın ictimai-siyasi həyatında oturuşmuş partiyalar var. Artıq xalq arasında da siyasi partiya yaratmaq lətifəyə çevrilib. Kimsə bir iş görməyə başlayanda lağlağı edir ki, gedib partiya yaradacam. Demokratiya bu deyil. Demokratiyaya ciddiliyi sevən, demokratik fikirləri sevən insanlar lazımdır. Yoxsa yerindən qalxan “gedim partiya yaradım” deyir. Misal üçün, Qorqud Partiyası var. Vallah mən neçə ildir siyasətdəyəm onları tanımıram. Elə partiyalar var ki, yiyəsi çoxdan ölüb, yenə üzdədir, hər hansı yolla fəaliyyət göstərir. Məncə bu cür düşüncəli, ancaq adı olan partiyalara ehtiyac yoxdur".

 

H.Hacıyev hesab edir ki, siyasi partiyalarda islahatlara çox ehtiyac var. Onun sözlərinə görə, siayasi partiyaların monitorinqi keçirilməlidir görək o partiyaların rayon təşkilatları varmı, üzvləri varmı, seçkilərdə iştirak edirlərmi:

 

"Partiya bir sədr, bir papkadan ibarət deyil. Bizdə yeni yarananların 80 faizi belədir. Yoxsa gecə yuxusunu qarışdırır, səhər durur ki, mən partiya yaradıram. Partiyalar haqqında qanuna yenidən baxılmalıdır. Hesab edirəm ki, siyasi partiyalar haqqında qanuna yenidən baxılmalıdır. Partiyalar nə ilə məşğul olmalıdır, dövlət tərəfindən maliyələşməlidir. Bu partiyalara nüfuzlu insanalar cəlb olunmalıdır. Və bu, nüfuzlu partiyalara şamil olunmalıdır. Yoxsa demokratiya deyib, hərənin bir partiya yaratması da düz deyil. Partiyanın adından sui-istifadə hallarına yol verilməməlidir. Belə şeyləri görəndə adam peşiman olur ki, mən niyə partiya sədriyəm".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”