"Üçtərəfli görüş 9 noyabrda əldə edilmiş nəticələri möhkəmləndirir"

04:45 12-01-2021 | icon 237 | Dünya
"Üçtərəfli görüş 9 noyabrda əldə edilmiş nəticələri möhkəmləndirir"

Leonid Slutski: “Bu razılaşma Qarabağdakı həyatı qaydaya salmağa kömək edəcək”

 

Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın görüşündən sonra əldə olunan razılaşmalar, Dağlıq Qarabağdakı bütün infrastrukturun bərpasına və mülki şəxslərin həyatının yaxşılaşdırılmasına imkan verəcək.

 

TASS agentliyi xəbər verir ki, bu fikri Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski səsləndirib.

 

“Dağlıq Qarabağ nizamlanmasına dair Moskvada keçirilmiş üçtərəfli görüşün nəticələri bölgədəki hərbi əməliyyatların dayandırılması üçün ötən il 9 noyabrda əldə edilmiş nəticələri möhkəmləndirir. Yeni razılaşmalar bütün infrastrukturu bərpa etməyə və mülki şəxslərin həyatını yaxşılaşdırmağa addım-addım imkan verəcək”, - deyə L.Slutski vurğulayıb.

 

Onun sözlərinə görə, 30 ildir davam edən Dağlıq Qarabağdakı münaqişə indi getdikcə daha çox tarixə çevrilir və bu torpaqlara dayanıqlı sülh gətirir.

 

“Bunda effektiv vasitəçi kimi Rusiyanın böyük rolu var. Bu həqiqəti həm Azərbaycan, həm də Ermənistan tərəfi qəbul edir”, - L.Slutski söyləyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI